İsmayıl Məmmədov (cərrah)
İsmayıl Məmmədov | |
---|---|
Məmmədov İsmayıl Məhəmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Nehrəm, Naxçıvan |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq |
Dəfn yeri | Naxçıvanın Nehrəm kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Vera Şumilova |
Atası | Məhəmməd Məmmədov |
Anası | Zübeydə Məmmədova |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb Elmləri Doktoru |
Elmi adı | Professor |
İş yeri | N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu |
Təhsili | 1-ci Leninqrad Tibb İnstitutu |
Elmi rəhbəri | Akademik Feodr Qriqoreviç Uqlov |
Tanınır | cərrah |
Mükafatları |
İsmayıl Məhəmməd oğlu Məmmədov (27 dekabr 1918, Naxçıvan – 24 noyabr 2006, Sankt-Peterburq) — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan, Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4- cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
Həyatı
[redaktə | mənbəni redaktə et]İsmayıl Məmmədov 27 dekabr 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikomuna daxil olmuş 1938 ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ.Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. 10 oktyabr 1939-cu ildə ordu sıralarına çağırılmış və 1946 cı ilin (7 il) sentyabr ayınadək hərbi xidmətdə olmuşdur. 2 ci dünya müharibəsinin başlandığı ilk günlərdən Litva sərhəddindəki hərbi hissədə xidmətə bağlamışdır. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq etmişdir. Bu taborda xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
1946-cı ilin sentyabrında ordudan tərxis olunduqdan sonra İ.Məmmədov Vətəninə- Naxçıvana qayıtmışdır. İ.Məmmədov burada köhnə vəzifəsində çalışmış və 1947-ci ilin avqustunda Azərbaycan Respublikasının göndərişi ilə Leninqrad şəhərinə gələrək I Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və hospital cərrahiyyə kafedrasında kliniki ordinator vəzifəsində saxlanmışdır. 1959-cu ildə- kliniki ordinatura dövründə "Qapalı kəllə-beyin travmaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildə isə "Ürək cərrahlığında dərin prfuzion hipotermiya" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiya iki dəfə pul mükafatına layıq görülmüş və SSRİ XTNS-nin bürünc medalı ilə təltif edilmişdir.[1]
2006-cı il noyabrın 24-də Sankt-Peterbur şəhərində vəfat etmişdir. Öz vəsiyyəti əsasında doğulduğu Nehrəm kəndində dəfn olunmuşdur
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1938-cu ildə təhsilini başa vuran İsmayıl Məmmədov əmək fəaliyyətinə Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi başlamışdır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1977-ci ildə əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov məsləhətçi vəzifəsinə keçdikdən sonra kafedraya müdir vəzifəsinə professor İsmayıl Məmməd oğlu Məmmədov seçilmişdir. Bu vəzifəyə qədər professor İ.M.Məmmədov ümumi cərrahlıq kafedrasının professoru vəzifəsində işləmişdir. Professor İ.M.Məmmədov 1953-cü ildə fərqlənmə diplomu ilə İ.P.Pavlov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Tibb institutunun müalicə-profilaktikası fakultəsini, 1953-1955-ci illərdə həmin institutun hospital cərrahlıq kafedrasında klinik ordinaturanı bitirmişdir. 1956-cı ilə qədər kafedranın assistenti vəzifəsində işləmiş, 1958-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
1974-cü ildə Vətənə qayıtmış, Tibb institutunda əmək fəaliyyətini davam etdirmişdir. Professor İ.M.Məmmədov kafedra müdiri vəzifəsinin icrası¬na başladıqdan sonra 120 yerlik yeni mühazirə zalı yaradılmış, endoskopik tədqiqatlar kabineti istifadəyə verilmişdir. Bu kabinetə müasir fibroqastroduodenoskop, fibrokolonoskop, ultrasəs müayinəsi aparatı, laparoskop və digər optik cihazlar alınmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq üşün müasir tədris vəsaiti, tədris filmləri, slaydlar, nümayiş avadanığı və s. müəllimlərin və tələbələrin istifadəsinə veril¬miş¬dir. Professor İ.M.Məmmədovun müdir işlədiyi müddətdə kafedranın elmi-pedaqoji və müalicə fəaliyyəti genişlənmiş, respublikanın əksər bölgələrində, xüsusilə Naxçıvan MR və Füzuli rayonunda cərrahi xidmətin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər yerinə yetirilmişdir. Onun rəhbərliyi altında kafedranın və xəstəxananın bir sıra əməkdaşları (K.H.İbişov, İ.Baxşəliyev, R.Mehdiyev, E.Bektaşi, S.F.Rəfiyev, S.A.Əliyev, A.X.Muxtarov) namizədlik dissertasiyası müdafiə etmişdir. Kafedrada 2 aspirant təhsil almışdır: Rüstəmov G. (əyani) və Novruzov S. (qiyabi). Hər 2 aspirant müvəffəqiyyətlə dissertasiya işlərinin yekunlaşdırmış və müdafiə etmişlər. Professor İ.M.Məmmədov çap olunmuş 60-a qədər elmi əsərin, 3 monoqrafiya və 1 rəhbərliyin müəllifidir.
Bu zaman kəsiyində kafedranın dosentləri M.Y.Nəsirov (1985), H.A.Sultanov (1986) və Ə.H.Əşrəfov (1989) doktorluq dissertasiyalarını başa vurmuş və uğurla müdafiə etmişlər.
Sonralar professor M.Y.Nəsirov pediatriya fakultəsinin cərrahi xəstəliklər kafedrasının müdiri və eyni vaxtda Tibb Universitetinin prorektoru vəzifəsinə, Ə.H.Əşrəfov və H.A.Sultanov isə I cərrahi xəstəliklər kafedrasına professor vəzifəsinə seçilmışlər.
Professor M.Y.Nəsirov onkologiya, professor Ə.H.Əşrəfov cərrahi heriatriya və cərrahi hepatologiya, öd yolları cərrahiyəsi, professor H.A.Sultanov isə koloproktologiya sahəsində böyük elmi tədqiqatlar aparmış və ixtisaslı cərrah kadrları, alimlər dəstəsi hazırlamışlar. Professor Ə.H.Əşrəfov 2002-ci ilin oktyabr ayında vəfat etmişdir.
1990-cı ildə professor İ.M.Məmmədov kafedranın məsləhətçisi vəsifəsini icra etməyə başlayır
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrası — amu.edu.az saytı". 2015-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- 27 dekabrda doğulanlar
- 1918-ci ildə doğulanlar
- 87 yaşında vəfat edənlər
- 24 noyabrda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Naxçıvanda doğulanlar
- Sankt-Peterburqda vəfat edənlər
- Azərbaycan cərrahları
- Tibb elmləri doktorları
- Azərbaycan Tibb Universitetinin professorları
- Naxçıvanda dəfn olunanlar
- Nehrəmdə doğulanlar
- Hepatoloqlar
- Nehrəmdə dəfn olunanlar
- Azərbaycanlı professorlar