Çika Kuroda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çika Kuroda
yap. 黒田チカ
Doğum tarixi 24 mart 1884(1884-03-24)
Vəfat tarixi 8 noyabr 1968(1968-11-08) (84 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti kimyaçı
Mükafatları III dərəcəli "Qiymətli tac" ordeni "Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çika Kuroda (黒田チカ, Kuroda Çika?, 24 mart 18848 noyabr 1968, Fukuoka)təbii piqmentlər haqqında araşdırmaları ilə tanınan Yaponiya kimyaçısı. Yaponiyanın ilk qadın kimyaçısı hesab olunur.[1] O, 1916-cı ildə Yaponiyada elmi bakalavr dərəcəsi əldə etmiş ilk qadındır.[2]

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Çika Kuroda 24 mart 1884-cü ildə Yaponiyanın Saqa şəhərində doğulmuşdur.[2] 1901-ci ildə Saqa Normal Məktəbindən, 1906-cı ildə Tokio Qadınlar Ali Normal Məktəbindən məzun olmuş, Fukui Normal Məktəbində müəllimlik etməyə başlamışdır.[1] 1909-cu ildə Tokio Qadınlar Ali Normal Məktəbində köməkçi professor olmuşdur.[2][1] Tohoku Universitetinin kimya fakültəsinə qəbul olunmuş və universitetin ilk qadın tələbəsi olmuşdur.[2] Professor Macima Toşiyukinin başçılığı altında təbii piqmentlər haqqında araşdırmalar aparmağa başlamışdır.[2] 1916-cı ildə məzun olanda universitetin köməkçi professoru təyin olunmuşdur.[2] 1918-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.[2]

1921-ci ildə Təhsil Nazirliyinin xarici tələbəsi kimi Oksford Universitetinə daxil olaraq Vilyam Henri Perkinin tələbəsi olmuşdur.[2] 1923-cü ildə Yaponiyaya qayıtmışdır.[2] Həmin il baş verən Böyük Kanto zəlzələsinə görə araşdırmalarına davam edə bilməmişdir.[2] 1924-cü ildə RIKEN-ə daxil olaraq Macima laboratoriyasında işləməyə başlamış, 1929-cu ildə saflor piqmentinin strukturu haqqında işini tamamlayaraq doktorantura dərəcəsi əldə etmişdir.[2] Beləliklə, Yaponiyada bu dərəcəni əldə edə bilmiş ikinci qadın olmuşdur.[2]

Kuroda 1936-cı ildə Yaponiya Kimya Cəmiyyəti tərəfindən Macima mükafatına layiq görülən ilk şəxs olmuşdur.[2] 1949-cu ildə Oçanomizu Universitetinin professoru təyin olunmuşdur.[2] 1952-ci ildə təqaüdə çıxaraq fəxri professor seçilmişdir.[2] O, 1959-cu ildə "Bənövşəyi lent" medalı və 1965-ci ildə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.[2] 8 noyabr 1968-ci ildə Fukuokada ölmüşdür.[2]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Kuroda 1918-ci ildə Lithospermum erythrorhizon adlı bitki növündən əldə olunan piqment haqqında məqalə təqdim etmiş və Yaponiya Kimya Cəmiyyətində nitqlə çıxış edən ilk qadın olmuşdur.[2] O, müxtəlif təbii mənbələrin, eləcə də, badımcan qabığının və qara soyanın piqmentini araşdırmışdır.[2] 1930-cu illərdən etibarən naftoxinon birləşmələrini və onların törəmələrini araşdırmışdır.[2] Bu araşdırmalara dəniz kirpilərinin belində tapılmış piqment haqqında tədqiqatlar da daxildir.[2]

Oçanomizu Universitetitində soğan qabığının piqmentini öyrənmiş və araşdırmaları əsasında yüksək qan təzyiqli insanların müalicəsi üçün Keruchin C adlı dərman hazırlamışdır.[2]

  1. 1 2 3 "Chika Kuroda (1884~1968)". Oçanomizu Universiteti. 23 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Haines