Çətənə
Çətənə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Çətənə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir.
Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir. Toxum almaq istədikdə onu seyrək, lif almaq istədikdə isə nisbətən sıx səpirlər. Suya az tələbkarlığı olan çətənə bitkisi dağ yerlərində dəmyə, aran yerlərində suvarılma ilə becərilirdi. Çətənə bitkisi 2,5–3,5 m-ə qədər boy atır. Becərilməsinə o qədər də əmək sərf edilməyən bu bitki sentyabr ayında yetişir. Yetişmiş çətənə kökü ilə torpaqdan dartılıb çıxarılır. Çətənədən bağlanmış dərzlər bir müddət qaldıqdan sonra nisbətən quruyur. Toxum almaq istədikdə isə xırmanda dərzin başı ağacla döyülür və belə-liklə də toxumu çıxarılır. Alınmış toxum yenidən bir qədər qurudulduqdan sonra münasib qablarda saxlanılır. Çətənə bitkisinin lifini gövdədən soymaq (ayırmaq) üçün dərz suya salınır. Dərz suda bir neçə gün qaldıqdan sonra çıxarılıb bir azca qurudulur. Sonra gövdəni əl ilə soyurlar. Soyulmuş lif kobud olduğundan onu ayaq dingində döyüb yumşaldırdılar. Alınmış zərif lif əl ilə və ya xüsusi alətlərlə eşilir.
Çətəninin toxumu yağlı olduğundan ondan ərzaq məhsulu kimi istifadə edilirdi. Sacda qovurulan toxum, qovurulmuş buğdaya qatılıb çərəz (qovurğa) kimi yeyilirdi.
Çətənənin lifindən sicim, ip, palaz, çuval, tor və s. hazırlanırdı.
Dərman bitkisi kimi istifadə olunan növləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 453. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1027.