Yekaterina Qradova
Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva – 22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983).
Yekaterina Qradova | |
---|---|
rus. Екатерина Градова | |
Doğum adı | Yekaterina Georgiyevna Qradova |
Doğum tarixi | 6 oktyabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 2021 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
Andrey Mironov İqor Timofeyev |
Uşaqları |
Mariya Mironova (doğma) Aleksey Suxoverkov (götürülmə) |
Atası | Georgi Aleksandroviç Qradov[1] |
Anası | Raisa İvanovna Qradova[2] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1969—1992 |
Təhsili | |
İstiqamət |
teatr kino |
Mükafatları |
|
IMDb | ID0333569 |
Həyatı
redaktəYekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)[3]) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub.[4][5] Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov[6]). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib.
Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları.
Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.
Sonrakı illərdə Qradova Satira Teatrının heyətinə qəbul edilmiş və 1987-ci ilə qədər orada çıxış etmişdir. Lakin 1980-ci illərin sonunda aktyorluq peşəsi Yekaterinanı darıxdırmağa başladı. O, həm teatrı, həm də kinonu tərk etdi. Aktrisanın fəaliyyətində son işi rəmzi olaraq, "Sonuncu" adlanan tamaşa olmuşdur.
1990-cı illərin əvvəlində din və Allaha inam barədə düşünməyə başlayır. O, xeyriyyə fondu təsis edir, yetim uşaqlara və kimsəsiz qocalara kömək etməyə başlayır. Bundan başqa Qradova Müqəddəs Tixon ilahiyyat institutunu bitirmiş, gimnaziya və məktəblərdə özünün yaratdığı "Canlı söz" fənnini tədris etməyə başlamışdır. Onun dərsləri İncil və rus klassik ədəbiyyatına əsaslanır. Həmçinin keçmiş aktrisa olaraq, "Müjdəçilər" (rus. Вестники) Ümumrusiya uşaq pravoslav hərəkatında kinoklubda məşğələlər aparır.
Ailəsi
redaktə- Atası — Georgi Aleksandroviç Qradov (1911–1984) — memar.
- Anası — Raisa İvanovna Qradova (1923–2011) — teatr aktrisası.
- Birinci həyat yoldaşı — aktyor Andrey Mironov (1971–1976)[7]
- İkinci həyat yoldaşı (1991-ci ildən) — İqor Timofeyev, nüvə fizikası üzrə keçmiş mütəxəssis, informasiya texnologiyaları ilə məşğul olmuş və Yekaterina Qradovanın kürəkəni İqor Udalovun rəhbəlik etdiyi "ИнтерВИД" şirkətində çalışmışdır. Yekaterina Qradova və İqor Timofeyev Optina monastırı ziyarətində tanış olublar.
- götürmə oğlu — Aleksey Suxoverkov (d. 1992) (Nikah mərasimindən sonra uşaq evindən götürülüb)[10]
Yaradıcılığı
redaktəTeatr rolları
redaktəMayakovski adına Moskva akademik teatrı
redaktə- 1969 — "İstedadlar və pərəstişkarlar" (Aleksandr Ostrovski) — A.N. Negina
- 1969 — "Altıncı kitabın sonu" — Kristina
Moskva akademik Satira teatrı
redaktə- 1970 — "Zaman əsirlikdədir" — Vsevolodun arvadı
- 1970 — "Müdaxilə" — Janna Barbye
- 1971 — "Don Kristobalın oyunbazı" — Rosita
- 1972 — "Dilin altındakı həb" — Svetlana
- 1973 — "Qəribə adam" — Mariya
- 1973 — "Böyük evin kiçik komediyaları" — qadın
- 1973 — "Uzuncorab Peppi" — Fröken Rozenblüm
- 1974 — "Cırtdan" — müxbir
- 1974 — "Bizim 50 yaşımız var!"
- 1974 — "Şillə" — Sonya Zaxarova
- 1975 — "Köpük" — Viktorina
- 1975 — "Təmir" — Zalesskaya
- 1978 — "Dilin altındakı həb" — Svetlana
- 1979 — "Fenomenlər" — Lariçyeva
- 1980 — "Xoruzun yuvası" — İskra
- 1980 — "Qəribə adam" — Nihal
- 1981 — "Vəhşi pullar" — Lidiya Çeboksarova
- 1987 — "Sonuncular" — Sokolova
Filmoqrafiya
redaktəİl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1967 | Payız toyları | rus. Осенние свадьбы | Marina |
1973 | Baharın on yeddi anı | rus. Семнадцать мгновений весны | Katya Kozlova Ketrin Kin |
1976 | Doğuluş | rus. Рождение | Kseniya |
1979 | Görüş yerini dəyişmək olmaz | rus. Место встречи изменить нельзя | Svetlana Petrovna Volokuşina |
1998 | Yeni əhvalat. Baharın on yeddi anı 25 il sonra | rus. Новейшая история. Семнадцать мгновений весны 25 лет спустя | epizod |
Teletamaşalar
redaktə- 1971 — Baskervillərin iti (film-tamaşa) — Beril Steplton
- 1971 — Qadın monastırı (film-tamaşa)
- 1971 — İstedadlar və pərəstişkarlar — Aleksandra Negina
- 1974 — Böyük evin kiçik komediyaları — aşiq qadın
- 1978 — Çao! (film-tamaşa)
- 1978 — Dilin altındakı həb — Svetlana
- 1987 — Xoruzun yuvası — İskra
Mükafatlar
redaktə- 28 iyun 1982 — "Xalqlar Dostluğu" ordeni — Sovet televiziya filmlərinin istehsalındakı xidmətlərinə və "Baharın on yeddi anı" filminin yaradılmasında fəal iştirakına görə[11]
- 1983 — "RSFSR əməkdar artisti" fəxri adı
İstinadlar
redaktə- ↑ Родовид. "Георгий Александрович Градов р. 1911 ум. 1984" (rus). Rodovid. 17.12.2012. 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
- ↑ Kov. "Градова Екатерина - Российские и советские актеры" (rus). Rusakters.ru. 17.12.2008. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
- ↑ "Архитектурная фамилия". 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ Екатерина Градова[ölü keçid]
- ↑ "ВТУ им. Б.Щукина. Курс Ц.Мансуровой Выпуск 1950 г." 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ "Школа-студия МХАТ: 1960—1969". 2015-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ "Династия Мироновых". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ "Телефонный справочник Москвы". 2018-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ "Официальный сайт Марии Андреевны Мироновой" (rus). 2012-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ "Вечный Зов — российская православная газета. С любовью к Богу и России". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- ↑ Указ Президиума Верховного Совета СССР № 7425-Х от 28 июня 1982 года.