iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Tbilisi
Tbilisi — Vikipediya

Tbilisi

Gürcüstanın paytaxtı

Tbilisi (gürc. თბილისი) və ya TiflisGürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir.

Tbilisi
თბილისი
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
41°43′21″ şm. e. 44°47′33″ ş. u.HGYO
Ölkə
Başçı Kaxa Kaladze
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. 455
İlk məlumat IV əsr
Əvvəlki adı Tiflis
Sahəsi
  • 720 km²
Mərkəzin hündürlüyü 575 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.258.526 nəf. (1 yanvar 2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 32
Poçt indeksi 0100–0199
Digər
tbilisi.gov.ge
Tbilisi xəritədə
Tbilisi
Tbilisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 244 km2[3] ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır.

Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir.

Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür.

İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur. İllik yağıntının miqdarı isə 568 mm-dir.

Etimologiya

redaktə
  • 1936-cı ilə qədər şəhərin əsl qədim adı Tiflis olmuşdur.[4] Gürcü dilində isə თბილისი (Tbilisi[5]) adları daşımışdır. Şəhər öz adını bu ərazidə çoxlu isti bulaqlar olduğuna görə alıb: gürcü dilində "tbili" (köhnə gürcücə "tpili") "isti" deməkdir.[5]
  • Digər Etimologiyaya görə isə Şəhər Tbilisi çökəkliyində yerləşir və xalq şəhərin adını Tbilisi qoyur.

əl-İdrisi (1100–1165) əl-İstəxri (X əsr) Zəkəriyya əl-Qəzvini və Hüdudü’l-Aləm müəllifi Tiflisin Arranın şəhərlərindən biri olduğunu qeyd etmişdirlər.[6]

Süyuti ‚ət-Tiflisi‛ nisbəsi haqqında məlumat verərkən yazır ‚…Azərbaycanın bəldələrindən olan Tiflisə aid edilir‛[7]

İbnü’l-Əsir də Tiflisin Azərbaycanın sonuncu, yəni sərhədyanı şəhərlərindən biri olduğunu qeyd etmişdir[8]

Azərbaycana məxsus olan Tiflisin Kür çayının cənubunda qalan hissəsidir. İndi olduğu kimi orta əsrlərdə də Tiflis Kür çayı ilə iki qismə ayrılırdı[9] Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman və xaçpərəstlərdir. Kürün bir sahilində əzan deyilir, digər isə kilsə zəngləri çalır‛[10]

Osman ibn Əffanın (ا) hakimiyyəti dövründə (644–656) Həbib ibn Məsləmə əl-Fıhri (ا) Tiflisi fəth edərək əhalisi ilə cizyə müqabilində əhdnamə bağlamışdı [11]

Arxeoloji məlumatlara görə şəhərin ərazisi hələ e.ə IV–III minilliklərdən yaşayış məskəni olmuşdur. Tiflisin istehkam qalası olması haqqında ilk yazılı mənbələr e.ə IV əsrə təsadüf edir. Şəhərin inkişafında əsas amil onun Gürcüstanı Azərbaycan, İranSuriya ilə birləşdirən əsas ticarət yollarının üstündə yerləşməsi idi. Çar I Vaxtanq Qorq-Aslan (?-502) vaxtında Tiflis Şərqi Gürcüstanın ən inkişaf etmiş iqtisadi mərkəzlərindən birinə çevrilmişdi. I Vaxtanqın oğlu olan Daçi Tiflisi Şərqi Gürcüstan dövləti olan Kartlinin (Qədim Mesxeti ilə birlikdə) paytaxtı elan etdi. VII əsrin ortalarında ərəblər Gürcüstanı istila etmiş, VIII əsrin 30-cu illərindən etibarən isə Tiflis ərəb əmirinin mərkəzi iqamətgahı olmuşdur (bax Tiflis əmirliyi).

1122-ci ildə Qurucu Davidin dövründə Tiflis işğal olunaraq mərkəzləşmiş Gürcü dövlətinin paytaxtına çevrilir. XII–XIII əsrlərdə Tiflis yaxın şərqin ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri kimi hər yerə səs salır. XIV əsrin 2-ci yarısında Əmir Teymurun ordusu buranı istila edir. XV əsrin axırı XVII əsrin əvvəllərində dəfələrlə OsmanlıSəfəvi orduları tərəfindən işğallara məruz qalır. XVII əsrdə isə I Şah Abbasın hücumu Tiflisin, o cümlədən Gürcüstanın vəziyyətini bir az da çətinləşdirir. XVII əsrin 2-ci yarısındın etibarən Tiflisdə vəziyyət sabitləşir. Belə ki, şəhər qalaları yenidən qurularaq qonşu dövlətlərlə ticarət əlaqələri bərpa olunur.

Tiflisdə ilk tipoqrafiya 1709-cu ildə təsis edilmişdir. 1801-ci ildə şərqi Gürcüstan əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra Tiflis əvvəlcə Gürcüstan quberniyasının (daha sonra-Tiflis. 1846-cı il) adminstrativ mərkəzi, eyni zamanda rus ordusunun baş komandanlığının iqamətgahı, 1845-ci ildən isə Qafqaz canişinliyinin mərkəzi kimi fəaliyyət göstərmişdir. 1819-cu ildən etibarən isə ilk gürcü qəzeti "Sakartvelos qazeti" ("Gürcüstan qəzeti") işıq üzü görməyə başlamışdır.

XIX əsrin 60-cı illərdən başlayaraq Zaqafqaziyada dəmiryol tikintiləri ilə əlaqədar olaraq Tiflisin iqdisadi inkişafı daha da gücləndi. XIX əsrin 2-ci yarısında Tiflisdə dəri-gön zavodları və tütün fabrikləri yarandı. Şəhər əhalisi sürətlə artmağa başladı. 1897-ci ildə burada əhalinin sayı 160 min nəfərə çatırdı. Gürcü, türk və digər Zaqafqaziya millətlərinin hesabına sənaye işçilərinin sayı xüsusi ilə artmışdı. Dəmiryolçular içərisində rus fəhlələri də üstünlük təşkil edirdilər. XIX əsrin 70-ci illərinin əvvələrində şəhərin müəssisələrində etiraz və fəhlə tətilləri geniş miqyas aldı. XIX əsrin axırlarında Tiflis Zaqafqaziyanın inqilab mərkəzlərindən birinə çevrildi. 1887-ci ildə Zaqafqaziyada ilk fəhlə təşkilatı "Raboçiy Soyuz" yarandı. Tiflis proletariatı 1905–1907-ci illər Rusiyadakı inqilaba əhəmiyyətli dərəcədə öz töhfəsini verdi. 1917-ci il fevral inqilabı ərəfəsində zəhmətkeşlərin, hərbçilərin və kəndlilərin deputatı olduqları məclis formalaşdı. Bu hökumətdə əsasən menşeviklər təmsil olunmuşdular.

1918-ci il mayın 26-da isə Tiflisdə müstəqil Gürcüstan hökuməti yarandı, lakin 1921-ci il fevral ayının 25-i Sovet qoşunları buranı zəbt edərək Gürcüstan Sovet Sosialist Respublikasını yaratdılar. Tiflisdə bir çox məşhur gürcü yazıçı, şair, rəssam, bəstəkar və içtimai xadimlərlə yanaşı (Aleksandr və İlya Çavçavadze, N. Barataşvili, N. Nikoladze, Z. Paviaşvili, Akakiy və Georqi Çereteli və s.) türk xalqının da içtimai-siyasi və mədəniyyət xadimləri (N. Nərimanov, Ə. Topçubaşov, M. F. Axundov, M. Ş. Vazeh və. s.) anadan olmuş və yaşayıb-yaratmışlar. Sovet ittifaqı dağıldıqdan sonra Tiflis yenidən müstəqil Gürcüstan dövlətinin paytaxtı kimi özünü çətinliklərə baxmayaraq yaşatmaqdadır.

2012-ci ilin may ayında Tbilisidə baş verən leysan yağışları nəticəsində Kür çayı aşmışdır. Yaranmış sel daşqınları şəhərə böyük ziyan vurub, şəhərin bir sıra məhəlləri, küçələr, yaşayış evləri, infrastruktur obyektləri, maşınlar, su altında qalıb. On minlərlə Tbilisi sakini işıqsız qalıb. Daşqın nəticəsində 5 nəfər ölüb, ölənlərdən ikisinin uşaqlardır.[12]

İqtisadiyyat

redaktə

Tbilisidə istehsal olunan sənaye məhsulları ölkə iqtisadiyyatının 33%-ni təşkil edir. 1941–1974-cü illər ərzində sənaye məhsulunun istehsal həcmi 11 dəfə artmışdır. Əsas istehsal sahələri-maşınqayırma, metal emalı, yüngül və yeyinti sənayesidir. Ən böyük maşınqayırma və metal emalı zavodları bunlardır – Elektrovozquraşdırma, aviasiya, dəzgahqayırma, şərabistehsalı avadanlıqları, elektrotexnika və cihazqayırma, teleqraf aparatları, çuqunsüzmə, elektrovaqontəmiri. Maşınqayırma və metal emalı sahəsində şəhərin sənaye-istehsalat heyətinin 37%-i çalışır. Yüngül sənaye isə ipəkçilik, trikotaj, tikiş, dəri-gön və s. sahələri özündə birləşdirir. Çox inkişaf etmiş yeyinti sənayesi vardır. Buraya şərab, şampan, konyak, tütün, yağ, çörəkbişirmə, qənnadı məmulatları, pivə və alkoqolsuz içkilər, ət, süd və pendir, dondurmatipli və s. məhsulları istehsal edən zavod və kombinatlar daxildir. Digər sənaye sahələrinə aid isə ağac və mebel emalı, tikinti materialları, şüşə-saxsı, əczaçılıq-farmokoloji, poliqrafiya və s. müəssisələri göstərmək olar.

Nəqliyyat

redaktə

Tbilisi nəhəng nəqliyyat mərkəzlərindəndir ki, buda özündə Zaqafqaziya ilə Şimali Qafqazı birləşdirən maqistral dəmiryol və şose yollarını qovuşdurur. Tbilisidə yaxşı inkişaf etmiş şəhərdaxili transport (avtobus, tramvay və trolleybus) və metropoliten (1966-cı ildən) nəqliyyat formaları fəaliyyət göstərir. Bundan başqa şəhərin mərkəzi küçələri ilə dağlıq ərazini birləşdirən sərnişin daşıyan kanatlı yollarıda (3 asma və 1 funeklyor) göstərmək olar. Hal-hazırda aşağı templə də olsa yaşayış və digər təyinatlı binaların tikintisi də gedir.

Şəhərin tərkibinə Tbilisi dənizi adlanan su anbarı da daxildir.

Memarlıq

redaktə

Tbilisi Kür çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km məsafədə uzanır. Mərkəzi rayonların əsas magistral küçələri olan Rustaveli və Plexanova prospektləri Kür çayının qırağı ilə keçir. Tiflisin cənub-şərq hissəsində onun qədim mərkəzi olan dar küçəli "Köhnə şəhər" (Qədim Tbilisi) yerləşir. Buranın orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma ağaclı eyvanlarla (əsasən də XIX əsrin 30–60-cı illəri) bəzədilmiş 2–3 mərtəbəli kərpic binaları, özünəməxsus yerli və klassik elementlərin birləşməsindən əmələ gəlmiş memarlıq formaları vardır. "Köhnə şəhər"də Narikala məbədinin qalıqları (köhnə hissəsi IV əsr, yeni hissəsi XVI–XVII əsrlər), daş Ançisxati kilsəsi (VI əsr, yuxarı hissəsi və tağlar XVI əsr), Metexi kilsəsi (1278–1293), Sioni kilsəsi (VI–VII əsrlər), Şah Rostomun hamamları (XVII əsr), Tiflis cümə məscidi kimi tarixi tikililər vardır. (Vaxti ilə unikal tikili olan Şah Abbas məscidini gürcülər körpü tikintisi adı ilə bəhanə edərək uçurmuşdular).

XIX əsrdən başlayaraq isə "Yeni şəhər" adlanan (müasir Tiflisin mərkəzi) son klassisizm üslubunda olan bina və küçələrin düzbucaqlı şəbəkəsi genişlənməyə başladı. (Qafqaz ordusunun mərkəzi qərargahı – 1824-cü il, Zubalaşvili mehmanxanası – 1835-ci il (hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyi) və s.). XIX əsrin sonları, XX əsrin əvvəllərində isə gürcü milli memarlıq formalarından istifadə olunaraq bir çox gəlirli ev, inzibati və içtimai binalar tikilmişdir. (Keçmiş Gürcü zadəgan-torpaq bankı (hal-hazırda Gürcüstan Dövlət Kitabxanası) 1912–1916-cı il, memar A. N. Kalqin). Sovet hakimiyyəti illərində tikintilər baş plana uyğun aparılırdı (1-ci 1934-cü ildə tərtib olunmuş, 2-cisi isə 1957-ci ildə, nəhayət yeni baş plan isə 1970-ci ildə təsdiqlənmişdir. Memarlar İ. Çxenkeli, A. Cibladze, Q. Çaparidze, Q. Şavdiya), hansı ki, Tiflisin Kür çayının sahili boyu şimal-şərq (su anbarı) istiqamətində inkişafını nəzərdə tutmuşdur. Avçala, Saburtalo, Diqomi, Qldani, Poniçala və s. kimi yeni yaşayış məntəqələri salınmışdır. Köhnə magistral və meydanlar abadlaşdırılmış, rekonstruksiya edilmiş, yeniləri tikilərək istifadəyə verilmişdir. Bundan başqa körpülər və sahilkənarı içtimai istirəhət mərkəzləri salınmışdır. Yeni tikililər arasında misal olaraq Gürcüstan hökumət evini, İdman sarayını, "İveriya" mehmanxanasını, Filarmoniyanın konsert zalını və.s qeyd etmək olar.

İl Sayı
1886 78.445
1897 159.590
1913 194.000 [13]
1922 233.958
1926 294.000 [13]
1939 519.220
İl Sayı
1959 694.664
1970 889.020
1979 1.066.022
1987 1.194.000 [14]
1989 1.263.489
1995 1.205.305 [15]
İl Sayı
1996 1.164.366 [15]
1998 1.400.000 [16]
2002 1.084.087 [17]
2014 1.118.035
2015 1.118.300 [18]
2016 1.082.400 [19]
İl Sayı
2021 1.202.731
2023 1.241.700 [20]
2024 1.258.526 [2]

Milli tərkib

redaktə
Tbilisinin əsas etnik qrupları
İl
Gürcülər
%
Ermənilər
%
Ruslar
%
CƏMİ
1817[21] 2,800 18.9% 11,200 75.6% 0,400 2.1% 15,000
1864/65 qış[22] 14,878 24.8% 28,404 47.3% 12,462 20.7% 60,085
1864/65 yay[22] 14,787 20.8% 31,180 43.9% 12,142 17.1% 71,051
1876[23] 22,156 21.3% 37,610 36.1% 30,813 29.6% 104,024
1897[24] 47,133 29.5% 41,151 25.8% 44,823 28.1% 159,590
1926 112,014 38.1% 100,148 34.1% 45,937 15.6% 294,044
1939 228,394 44% 137,331 26.4% 93,337 18% 519,220
1959 336,257 48.4% 149,258 21.5% 125,674 18.1% 694,664
1970 511,379 57.5% 150,205 16.9% 124,316 14% 889,020
1979 653,242 62.1% 152,767 14.5% 129,122 12.3% 1,052,734
2002[25] 910,712 84.2% 82,586 7.6% 32,580 3% 1,081,679
  • 1835-ci ilə olan məlumata əsasən Tiflis şəhərində 13,574 nəfəri kişilər, 11,636 nəfəri isə qadınlar olmaqla hər iki cinsdən toplam 25,290 nəfər əhali yaşayırdı.[26] Onlardan 10,012 nəfəri kişilər, 8,808 nəfəri isə qadınlar olmaqla toplam 18,820 nəfərini ermənilər, 2,199 nəfəri kişilər, 2,018 nəfəri isə qadınlar olmaqla toplam 4,217 nəfərini gürcülər, 383 nəfəri kişilər, 340 nəfəri isə qadınlar olmaqla toplam 723 nəfərini müsəlmanlar təşkil edirdi.[26]
  • 1845-ci il s.a. əsasən Tiflisdə 925[27] nəfər tatar yaşayırdı.
  • 25 mart 1876-cı il siyahıyaalmasına əsasən Tiflis şəhərinin əhalisi 104,024 nəfər (66147 nəfəri kişilər, 37877 nəfəri qadınlar) olmuşdur. Ümumən şəhər əhalisinin 37,610 nəfərini (21281 nəfəri kişilər, 16329 nəfəri qadınlar) ermənilər, 30,813 nəfərini (21516 nəfəri kişilər, 9297 nəfəri qadınlar) ruslar, 22,156 nəfərini (13411 nəfəri kişilər, 8745 nəfəri qadınlar) gürcülər, 13,445 nəfərini (9939 nəfəri kişilər, 3506 nəfəri qadınlar) isə digər etnik qruplar təşkil edirdi.[28] Dini tərkibinə görə isə şəhər əhalisinin 52,392 nəfərini pravoslavlar, 1,696 nəfərini raskolniklər, 36,611 nəfərini erməni-qriqoryanlar, 871 nəfərini erməni-katoliklər, 3,698 nəfərini roma-katolikləri, 2,175 nəfərini protestantlar, 1,276 nəfərini musəvilər, 3,675 nəfərini şiə müsəlmanlar, 662 nəfərini sünni müsəlmanlar, 967 nəfərini isə dini mənsubiyyətini göstərməyənlər təşkil etmişdir.[29]
  • 2011-ci ilə olan qeyri-rəsmi məlumata əsasən Tiflisdə 37 min nəfər etnik azərbaycanlı yaşamaqdadır.[30]

Elm və mədəniyyət

redaktə

Tbilisidə Gürcüstan Elmlər Akademiyası və onun institutları, Botanika bağı, Gürcüstan Kənd Təssərrüfatı Mexanizasiya və Elektrifikasiya Elmi-tədqiqat İnstitutu, Gürcüstan Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu, Gürcüstan Yeyinti Sənayesi Elmi-tədqiqat İnstitutu və digər müəssisələr, 10-dan artıq ali təhsil ocağı (Tiflis Dövlət Universiteti, Gürcüstan Politexnik Universiteti, Tiflis Tibb Universiteti və.s).

227 orta (buraya M. F. Axundov adına 1 türk məktəbidə daxildir), 24 xüsusi orta, 27 orta-ixtisas məktəbi, 207 məktəbəqədər tərbiyə ocağı, 1 yanvar 1975-ci ilə qədər 104 kütləvi kitabxana (ən böyüyü Gürcüstan Dövlət Kitabxanası), 16 muzey (S. Canaşiya adına Gürcüstan dövlət muzeyi, Gürcüstan xalq tətbiqi sənəti muzeyi, Gürcüstan şəkil qalereyası, ədəbiyyat muzeyi və.s), Z. P. Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrı, Şota Rustaveli adına teatr, A. S. Qribayedov adına Tiflisi Rus Dram Teatrı, M. F. Axundov adına Azərbaycan Dram Teatrı, Musiqili Komediya Teatrı, kukla teatrı, sirk, filarmoniya, V. Saracaşvili adına konservatoriya, "Gürcüstan-film" kinostudiyası, 38 klub, 67 stasionar kinoqurğu, 13 məktəbdənkənar müəssisə, 9 dövlət nəşriyyatı ("Sabçota Sakartvelo", "Merani", "Qanatleba", "Nakaduli" və.s), dövlət və özəl radio və televiziyaları (1-ci və 2-ci dövlət kanalları, İmedi, radio Fortuna və .s), teleqüllə, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnallar, qeyri-hökumət təşkilatları və s. fəaliyyət göstərir.

Qardaş şəhərlər

redaktə
 
Almaniyanın Saarbrüken şəhərində Tbilisi meydanına işarə edən yol nişanı

Qalereya

redaktə

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Тбилиси в XIX столетии (1865–1869). Шалва Караманович Чхетия. Академии наук Грузинской ССР. Музей Грузии. Тбилиси, Издательство Академии наук Грузинской ССР, 1942, 520 стр.

İstinadlar

redaktə
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. 1 2 https://geostat.ge/media/61959/1-3-qalaqebis-da-dabebis-mosaxleobis-ricxovnoba.xlsx.
  3. "Arxivlənmiş surət". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-07.
  4. "Böyük Sovet Ensiklopediyası". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.
  5. 1 2 Brokhauz və Efronun ensiklopedik lüğəti
  6. İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 34–35. İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67. QƏZVİNİ, Asarü’l-Bilad, s. 476–477. ANONİM, Hüdudü’l-Aləm, s. 120–123.
  7. SÜYUTİ, Lübbü’l-Lübab, s. 43.
  8. İBNü’l-ƏSİR, Lübab, C. II, s.218.
  9. İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 477. .
  10. BAKUVİ, Təlxisü’l-Asar, s. 118
  11. BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 213, 284.
  12. Gürcüstanda Kür çayı daşıb Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine BBC Azərbaycan
  13. 1 2 Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 25. С. 313.
  14. (unspecified title) (rus.). / под ред. В. М. Котляков 3-е изд. Москва: Большая российская энциклопедия, 2003. С. 473. 903 с. ISBN 5-85270-216-1
  15. 1 2 National Statistics Office of Georgia. 2010.
  16. Great dictionary of geographical names (rus.). / под ред. В. М. Котляков Екатеринбург: Русское географическое общество, 2003. С. 632. 832 с. ISBN 5-94799-148-9
  17. http://geostat.ge/cms/site_images/_files/georgian/census/2002/I%20tomi%20-%20saqarTvelos%20mosaxleobis%202002%20wlis%20pirveli%20erovnuli%20sayovelTao%20aRweris%20Sedegebi.pdf.
  18. ТБИЛИСИ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  19. http://geostat.ge/cms/site_images/_files/yearbook/Yearbook_2016.pdf.
  20. https://www.geostat.ge/en/modules/categories/93/regional-statistics.
  21. Юрий Дмитриевич Анчабадзе, Наталия Георгиевна Волкова. Старый Тбилиси. Город и горожане в XIX веке. Москва, Наука, 1990 год: Таблица 2: Этнический состав населения Тбилиси в XIX веке, стр. 29
  22. 1 2  (rus.) Tiflis //Rusiya imperiyasının Coğrafi-statistik lüğəti Arxivləşdirilib 2021-03-22 at the Wayback Machine. Sankt Peterburq, 1885, p. 133 (Note: this is a 'one-day census' of unknown scope and methodology).
  23. Ronald Grigor Suny. The making of the Georgian nation. Indiana University Press. 1994. səh. 368. ISBN 978-0-253-20915-3. 12 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2011. (one-day census of Tiflis)
  24.  (rus.) Rusiya İmperiyasının əhalisinin birinci siyahıya alınması 1897-ci il Arxivləşdirilib 2021-03-22 at the Wayback Machine. DİN statistika komitəsinin mətbəə mərkəzi: Tbilisi quberniyası. — St. Petersburg, 1905, pp. 74–75.(Note: the census did not contain a question on ethnicity, which was deduced from data on mother tongue, social estate and occupation)[1] Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
  25. "Ethnic groups by major administrative-territorial units" (PDF). Web.archive.org. 2009-11-14. 2009-11-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-19.
  26. 1 2 Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Примечательные места, стр. 143
  27. Тифлис, типография канцелярии Наместника Кавказского. 1846. "Кавказский календарь на 1847 год", стр. 157
  28. Тифлис, типография Главного Управления Наместника Кавказского. 1880. "Кавказский календарь на 1881 год". стр. 30
  29. Тифлис, типография Главного Управления Наместника Кавказского. 1880. "Кавказский календарь на 1881 год". стр. 32
  30. "Borçalıda Azərbaycan izlərinin silinməsinin acı tarixi…". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-14.

Xarici keçidlər

redaktə