iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Tanrı
Tanrı — Vikipediya

Tanrı

müqəddəs, yaradıcı və mütləq varlıq

Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər. Etrusklarda Thanr adlı, digər tanrıların doğumunda rol oynayan üstün bir Tanrı vardır.

Tanrıça

redaktə

Xüsusilə Anadolu türkcəsində dişi tanrı mənasını verər. İlahə deməkdir. Tanrıça sözünün törətmə formasının aşağıdakı nümunələrə də uyğun olduğu deyilə bilər.

Kral (Kıral) və Kraliça (Kıralça): Kişi hökmdar və qadın hökmdar
Tigin və Tiginçə: Kişi şahzadə və qadın şahzadə
Bəy və Biyçə: Kişi idarəçi və qadın idarəçi

Ad və sifətlər

redaktə

Tanrının dəyişik xüsusiyyətləri xarakterizə edilər: Bağışlayan, Əsirgəyən, Güdən, Bilən… Tanrı müxtəlif ad və sifətlərlə xatırlanmışdır. Ən əhəmiyyətliləri aşağıdakı kimi sıralana bilər.

  1. Bar: Var olan deməkdir.
  2. Oğan: Rəbb, Var edən, yaradan deməkdir.
  3. Quday: Xuda, yaradıcı deməkdir.
  4. Çalap: Qüdrətli deməkdir.
  5. Yalap: Nur deməkdir.
  6. Yaradan: Yoxdan var edən deməkdir.
  7. Bayar: Zəngin, ulu deməkdir.
  8. Bayat: Əzəli deməkdir.
  9. Buyan: Əziz, comərd deməkdir.
  10. Olcay: Hər şeyi edə bilən, gücü çatan deməkdir.
  11. Yazqan: Qədəri təyin edən deməkdir.

Əzəli yəni əvvəli olmayan, başlanğıcı olmayan deməkdir. Beyrü (Mayru, Bayru, Bayrı) şəklində də deyilər. Öncəsizlik yalnız Tanrıya məxsus bir xüsusiyyət olaraq görülməkdədir. İlk başda mövcud olan tək odur. Ancaq onun yaratması ilə hər şey bədən tapmışdır. Bayrı (sonsuz) sözüylə əlaqəlidir.

Əbədi, sonu olmayan, sonsuza qədər var olacaq olan deməkdir. Mengi (Bengü, Bengi) şəklində də deyilər. Moğollar Monge və ya Münhe deyərlər. Əbədi olma anlayışı yalnız Tanrı üçün nəzərdə tutulur.

Etimologiya

redaktə

(Dan/Tan) kökünden törəmiştir. Təəccüblənmə, heyrət etmə mənaları vardır. Şumercə mənşəlidir. Şumercədə Dingir və ya Tingir olaraq istifadə olunub. "Tanımaq", "tan" kimi sözlərlə əlaqəlidir. Köhnə türkcə, monqol və hətta tungus-mançur dillərində saymaq, hesablamaq, bilmək, məlumat sahibi olmaq mənaları ehtiva edən bir köktür. Monqol "Tenreh" feli gücləndirmək, Təngər isə göy mənası daşıyır.

İstinadlar

redaktə

Mənbə

redaktə