iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Rəfiqə_Axundova
Rəfiqə Axundova — Vikipediya

Rəfiqə Axundova

Azərbaycan balet artisti

Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970).

Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Maqsud Məmmədov
Fəaliyyəti balet artisti
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1970 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958
"Şöhrət" ordeni — 2021 "Şərəf nişanı" ordeni — 1959

Həyatı

redaktə

Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir[1]. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir.[2] Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoymuşdur (M. Məmmədovla birgə).

Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.

Uzun sürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 6 fevral 2024-cü ildə 92 yaşında vəfat etmişdir.[3] İkinci Fəxri Xiyabanda dəfn olunub.[4]

Təltif və mükafatları

redaktə

Quruluş verdiyi baletlər (Maqsud Məmmədovla birgə)

redaktə

Filmoqrafiya

redaktə

İstinadlar

redaktə
  1. "Axundova Rəfiqə Hacı qızı". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  2. Mədəniyyət TV. "Milli balet sənətinin əfsanəsi, baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib" (az.). Youtube.com. 07.02.2024. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-07.
  3. "Görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib". 2024-02-05. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  4. "Azərbaycanın Xalq artistinin dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİB + FOTO". Oxu.Az (az.). 2024-02-06. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  5. "R.H.Axundovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 06.08.2021. 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.08.2021.
  6. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.

Mənbə

redaktə
  • Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr.
  • [ölü keçid] Xoreoqraf Şəhriyar Cəfərov: "Milli folklor rəqslərimiz uçurum astanasındadır"
  • Şəhriyar Cəfərov: "Bu ölkədə vətənpərvərlik yad janra çevrilib"

Xarici keçidlərlər

redaktə