Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[4][5][…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur.
Paulo Dibala | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Paulo Dybala | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Paulo Bruno Ezekiel Dibala[1] | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Laquna Larqa, Argentina | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 177[2] | ||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq[3] | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Roma | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 21 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi.
Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar.[6]
Erkən həyatı
redaktəPaulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi.[7] İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur.[8][9] Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir. Onun nənəsi Bela Messa Napoli əyalətində anadan olmuşdur.[8][10][11] Paulo rəsmən 13 avqust 2012-ci ildən İtaliya vətəndaşlığını qəbul edib.[12]
Klub karyerası
redaktəİnstituto de Kordoba
redaktəLa Joya[13] və ya El pibe de la pensión[14] ləqəbləri ilə tanınan Dibala öz peşəkar karyerasında debütünü 17 yaşı olarkən Primyera B Nasional-da (Argentina ikinci diviziyası) İnstituto Atletiko Sentral Kordoba klubu ilə etmişdir. Dibala klub ilə 40 oyuna çıxmış və 17 qol ilə yadda qalmışdır.[15][16] O, ən gənc qol vuran futbolçu adını alaraq Mario Kempesin rekordunu yeniləmişdir. Dibala Kempese məxsus olan 38 oyun ard-arda oyuna çıxma rekordunu da 40 oyun ard-arda oynayaraq yeniləşmişdir. Həmçinin Dibala 6 oyunda iki het-trik etmə rekordunu 4 oyuna qədər azaltmağı bacararaq rekorda imza atmışdır.[17]
Palermo
redaktə29 aprel 2012-ci ildə Palermo klubunun prezidenti Maurizio Zamparini Paulo Dibala — əlimizdəki yeni Serxio Aqüerodur.[18] deyərək Dibalanı transfer etdiklərini bildirmişdir. Lakin həmin gün İnstitutonun baş katibi Xose Teyo Palermo klubu ilə razılığa gələn şəxsin satış üçün hüququnun olmadığını açıqlamışdır.
20 iyul 2012-ci ildə Siciliya təmsilçisi olan Palermo Dibala ilə dörd illik müqavilə imzalanmasını təsdiqləyən mətbuat açıqlaması yaydı.[19] Klubun maliyyə şirkətinin sözlərinə görə, Dibalanın transfer haqqı 8.64 milyon dollar təşkil etmişdir.[20] Dibala klub ilə Seria A-da debütünü 2 sentyabr 2012-ci ildə Latsio klubuna qarşı oyunda etmişdir. Dibala İtaliyada birinci və ikinci qolunu 11 noyabr 2012-ci ildə Palermo klubu ilə Sampdoriya klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Palermo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[21]
Dibala 2014-15 Seria A mövsümünün ilk yarısında 10 qol vurmağı bacararaq yaxşı bir mövsüm keçirdi. Dibala Argentina-İtaliya mənşəli Franko Vazkez ilə uğurlu bir ikili formalaşdırdılar. Dibala bu nəticə ilə bir sıra Avropa klublarının diqqətini çəkdi.[22] O, mövsümü 10 qol və 13 assitlə başa vurdu. Liqada ən çox assist edən futbolçulardan biri oldu.[23]
Yuventus
redaktə2015–16 mövsümü
redaktə4 iyun 2015-ci ildə Dibala €32 milyon (üstəgəl €8 milyon əlavə) qarşılığında Yuventus klubu ilə beş illik müqavilə imzalamışdır.[24][25] Dibala klubda yayda klubu tərk edən Andrea Pirlonun 21 nömrəli forması ilə çıxış edir.[26] Dibala klub ilə debütünü 8 avqust 2015-ci ildə 2015 İtaliya Superkuboku görüşündə Latsio klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə Kinqsli Komanı əvəz etmişdir. Dibala Şanxayda keçirilən görüşdə 73-cü dəqiqədə ikinci qolun müəllifi olmuşdur. Həmin görüşdə Yuventus rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[27] Dibala liqada ilk qolunu 30 avqust 2015-ci ildə Roma klubuna qarşı oyunda vurmuşdur. O, 87-ci dəqiqədə fərqlənmiş və Yuventus rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.[28] Bütün turnirlər daxil olmaqla, Dibala mövsümün ilk 16 oyununda altı qol və iki assist ilə yadda qaldı. Hər 152 dəqiqədən bir qol vuran Dibala bu göstərici ilə Tevezin və Alessandro Del Pyeronun Yuventusda debüt mövsümündəki göstəricilərini qabaqlamışdır. Klub tarixində yalnız Roberto Bacco debüt mövsümünün açılış oyununda rəqib komandanın qapısına qol vura bilmişdir.[29]
Dibala İtaliya Kubokunda ilk qolunu 16 dekabr 2015-ci ildə Torino klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Yuventus rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[30] Dibala Çempionlar Liqasında ilk qolunu 23 fevral 2016-cı ildə 1/8 final mərhələsinin ilk oyununda Bayern Münhen klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Yuventus rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.[31] 15 mart məşq zamanı Dibala sol pəncə əzələsindən ciddi zədə aldı. Bu səbəbdən o, 16 mart Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Bayern Münhen klubu ilə oyunu buraxdı.[32] Dibala dörd gün sonra Torino klubu ilə cavab oyununda iştirak etdi[33], lakin daha bir zədə aldı. Həmin görüşdə Yuventus rəqibini 4-1 hesabı ilə məğlub etdi.[34] 21 aprel 2016-cı ildə Dibala Latsio ilə görüşdə iki qol vurmağı bacardı. Beləliklə, Dibala liqada 31 oyuna 16 qol olmaqla, bütün turnirlər daxil olmaqla mövsümdə 20-ci qoluna imza atdı. Həmin görüşdə Yuventus rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[35] Mövsümün sonunda Yuventusun bombardiri 19-u Seria A-da olmaq şərtilə, bütün turnirlərdə 23 qol vurmağı bacardı. Klub mövsümün sonunda liqa çempionluğunu bayram etdilər.[36][37]
2016–17 mövsümü
redaktə2016-cı ilin yayında Pol Poqbanın Mançester Yunayted klubuna gedişindən sonra, Dibalaya Yuventus tərəfindən 10 nömrəli forma təklif edildi. Lakin Dibala əvvəlki mövsüm zamanı geydiyi 21 nömrəli formanı saxlamağı üstün tutaraq təklifi geri çevirdi.[38] Mövsüm öncəsi hazırlıqları bitirdikdən sonra Dibala 2016-17 mövsümündə ilk qolunu 27 sentyabr 2016-cı ildə UEFA Çempionlar Liqasında Dinamo Zaqreb klubuna qarşı oyunda vurmuşdur.[39] Həmin görüşdə Yuventus rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. Dibala Seria A-da mövsümün ilk qolunu həftəsonu, 2 oktyabr 2016-cı ildə Empoli klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Yuventus 3-0 hesabı ilə qalib gəlmişdir.[40]
13 aprel 2017-ci ildə Dibala Yuventus klubu ilə 2022-ci ilədək yeni müqavilə imzalamışdır.[41] 3 iyun 2017-ci ildə Dibala Real Madrid klubuna qarşı UEFA Çempionlar Liqasının final görüşündə iştirak etmişdir. Lakin klubu rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur.[42]
Milli karyerası
redaktəAilə irsi ilə əlaqədar olaraq Dibala Polşa və İtaliya millilərində oynamaq hüququna malik idi. Lakin Dibala birmənalı şəkildə bəyan etdi ki, o, Argentinada özünü yaxşı hiss edir və həmişə Argentina üçün oynamağı arzulamışdır.[43] Argentina rəngləri ilə çıxış etməyi qərara alan Dibala deyir ki, babasının ölkə ilə güclü bağlılığı olmuşdur. "Mənim ailəmin qanı"nda bu millətin də qanı axır.[44]
Dibala XVI Pan Amerikan Oyunlarında iştirak etmək üçün Argentina U-17 millisinə çağırılmışdır. Lakin Dibala turnirdə heç bir görüşdə iştirak etməmişdir. 19 iyul 2012-ci ildə o, Argentina U-20 millisinə çağırılsa da, bu milli ilə də heç bir görüşə çıxmamışdır.
Dibala 22 sentyabr 2015-ci ildə Xerardo Martinonun baş məşqçiliyi altında Argentina millisinə çağırılmışdır.[45] Dibala milli komanda ilə debütünü 13 oktyabr 2015-ci ildə 2018 FİFA Dünya Kuboku təsnifat mərhələsi oyununda Paraqvay millisinə qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Karlos Tevezi əvəz etmişdir.[46]
Dibala 2016-cı ilin may ayında Kopa Amerika Sentenario üçün Argentinanın 23 nəfərlik siyahısına daxil edilmişdir.[47] Yuventus Dibalanın Rio-de-Janeyroda təşkil edilən 2016 Yay Olimpiya Oyunlarında iştirak etməsini istəməsə də, Martino turnir üçün mayın 24-də açıqladığı ilkin 35 nəfərlik U-23 heyətinə Dibalanın adını da daxil etmişdir.[48] Lakin Dibala turnir üçün son heyətə salınmadı.[49]
1 sentyabr 2016-cı ildə Dünya Çempionatı təsnifat mərhələsində Uruqvay ilə görüşdə Dibala ilk hissədə meydandan qovulmuşdur. Həmin görüşdə Argentina rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[50]
Oyun tərzi
redaktəÇevik, yaradıcı və əla texniki imkanları olan futbolçu[51][52][53][54][55] Dibala öz dribblinq bacarığı, balans və sıx nəzarəti, eləcə də rəqiblərini keçmək qabiliyyəti və komanda yoldaşlarını qorumağı, komanda yoldaşları üçün topu saxlamaq bacarığı ilə məşhurdur.[56] Düzgün yerləşmə, ağıllı hərəkət və top bacarıqlarına sahib olan[56] Dibala əks-hücum və hücumameylli yürüşlər zamanı ofsayd tələlərindən asanlıqla çıxa bilir.[57][58] Zəhmətkeş futbolçu top uğrunda mübarizəsi və müdafiəyə etdiyi köməyi ilə də tanınır.[56][59] Dibala həmçinin komanda yoldaşlarına da şans yaradır. Dibala uzaqgörənliyi, keçirilən görüş barədə tamaşa və bacarığı, dərin düşünmə qabiliyyəti ilə həm özü fərqlənir, həm də komanda yoldaşlarının fərqlənməsinə şərait yaradır.[57][58][59][60] O, həmçinin sürəti sayəsində müdafiəyə öz köməyini göstərərək komandasına xallar qazanmaqda kömək edir.[55][56]
Dibala universal hücumçudur. O, istənilən mövqedə oynaya bilər. O, həm əsas hücumçu kimi, mərkəz hücumçusu kimi, həm irəliyə dəstək verən hücumçu kimi, həm hücumameylli yarımmüdafiəçi kimi, müdafiəyəmeylli yarımmüdafiəçi kimi, həm oyun qurucusu kimi, yalançı doqquz kimi çıxış edə bilər.[60][61][62][63][64] Dibala daha çox mərkəzi və sağ cinah yarımmüdafiəçisi kimi çıxış edir. Daha çox güclü olan sol ayağı ilə qapıya zərbə endirməyi sevir.[56][63] O, həmçinin cərimə zərbələrini və penaltiləri dəqiq yerinə yetirir.[65][66] Onun oyun üslubu həmvətənləri olan Serxio Aqüeronun[18], Xavyer Pastorenin[67], Karlos Tevezin[68], Omar Sivorinin[69] və Lionel Messinin[51], keçmiş İtaliyalı hücumçulardan isə Vinçenzo Montellanın[70], Alessandro Del Pyeronun[71], Roberto Bacconun[72] üslubuna bənzəyir. Onlardan sonuncu 2017-ci ildə Dibalanı gələcəyin 10 nömrəsi kimi xarakterizə edib.[73] Geniş dünya futbolunda Dibala yüksək istedadlı, perspektivli futbolçu hesab olunur.[58][59][74][75][76][77][78][79][80] 2014-cü ildə Don Balon 1993-cü ildən sonra anadan olmuş dünyanın 100 ən gənc və perspektivli futbolçulardan biri kimi Dibalanı qeyd etmişdir.[81]
Karyera statistikası
redaktəKlub
redaktə- 11 Aprel 2017 tarixində yenilənib[15]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Ümumi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
İnstituto de Kordoba | |||||||||||
2011–12 | 38 | 17 | 0 | 0 | — | — | 38 | 17 | |||
Ümumi | 38 | 17 | 0 | 0 | — | — | 38 | 17 | |||
Palermo | |||||||||||
2012–13 | 27 | 3 | 1 | 0 | — | — | 28 | 3 | |||
2013–14 | 28 | 5 | 2 | 0 | — | — | 30 | 5 | |||
2014–15 | 34 | 13 | 1 | 0 | — | — | 35 | 13 | |||
Ümumi | 89 | 21 | 4 | 0 | — | — | 93 | 21 | |||
Yuventus | |||||||||||
2015–16 | 34 | 19 | 4 | 2 | 7 | 1 | 1 | 1 | 46 | 23 | |
2016–17 | 24 | 8 | 3 | 4 | 7 | 4 | 1 | 0 | 35 | 16 | |
Ümumi | 58 | 27 | 7 | 6 | 14 | 5 | 2 | 1 | 81 | 39 | |
Ümumi karyera | 185 | 65 | 11 | 6 | 14 | 5 | 2 | 1 | 212 | 77 |
Milli komanda
redaktə- 12 Oktyabr 2016 tarixində yenilənib[15]
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
Argentina | 2015 | 3 | 0 |
2016 | 3 | 0 | |
Ümumi | 6 | 0 |
Uğurları
redaktəKlub
redaktə- Palermo[15]
- Yuventus[15]
- Seria A (1): 2015–16, 2016–17
- İtaliya Kuboku (1): 2015–16, 2016–17
- İtaliya Superkuboku (1): 2015
Milli komanda
redaktə- Argentina
- Superklasiko de las Amerikas: 2017
Fərdi
redaktə- Seria A Ən çox asist edən: 2014–15[23]
- Seria A İlin Komandası: 2015–16[83]
- ESM İlin Komandası: 2016–17[84]
İstinadlar
redaktə- ↑ "Dybala sets sights on silverware". Juventus FC. 14 July 2015. 3 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2015.
- ↑ "Paulo Dybala". juventus.com. 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
- ↑ http://www.juventus.com/it/squadre/prima-squadra/attaccanti/paulo-dybala/index.php.
- ↑ Paulo Dybala // Transfermarkt (çd.). 2000.
- ↑ Paulo Dybala // FBref (çd.).
- ↑ Marcos Villalobo. "Los maestros de la "joya"" (Spanish). La Mañana de Cordoba. 10 October 2011. 30 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
- ↑ Nick Dorrington. "The Cordoba Connection: Dybala faces Vazquez, Vietto in Champions League". ESPN FC. 13 September 2016. 13 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- ↑ 1 2 "DYBALA: "Metà polacco e metà italiano, spiego"". MediaGol.it (Italian). 29 November 2014. 16 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- ↑ "Paulo Dybala – "nowy Messi" z polskimi korzeniami" (Polish). Sport.onet. 2012-04-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Scatta raduno rosanero: 25 convocati, assente giustificato Dybala" (Italian). Il Corriere del Mezzogiorno. 12 July 2012. 2 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- ↑ "Nazionale, Conte vuole Dybala in azzurro". Sport Mediaset (Italian). 26 November 2014. 6 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2015.
- ↑ Alessio Alaimo. "ESCLUSIVA TMW - Palermo, Dybala è cittadino italiano" (Italian). TuttoMercatoWeb.com. 14 August 2012. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- ↑ "La Joya está bien" (Spanish). Olè. 2 April 2012. 24 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2012.
- ↑ "El pibe de la pensión" (Spanish). I'm Cordoba. 1 August 2012. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2011.
- ↑ 1 2 3 4 5 "Paulo Dybala Player". Soccerway. 23 October 2011. 7 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2015.
- ↑ "Paulo Dybala player 2" (Spanish). Instituto Atletico Central Cordoba. 1 August 2012. 15 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2011.
- ↑ "Dybala, el pibe de los récords" (Spanish). MundoD. 27 March 2012. 29 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2012.
- ↑ 1 2 "Zamparini: "Preso il nuovo Aguero"" (Italian). Corriere dello Sport. 28 April 2012. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2016.
- ↑ "DYBALA HA FIRMATO" (Italian). US Città di Palermo. 20 July 2012. 22 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2012.
- ↑ U.S. Città di Palermo S.p.A. bilancio (financial report and accounts) on 30 June 2013, PDF purchased from Italian C.C.I.A.A. (in Italian)
- ↑ "Arxivlənmiş surət". 2013-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
- ↑ "Football - Serie A - Standing - Top Scorers - 2014-2015 - - Yahoo! Eurosport". yahoo.com. 2014-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
- ↑ 1 2 "Serie A 2014-15 Statistics: Assists". ESPN FC. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
- ↑ "Agreement with Palermo for the acquisition of the player Paulo Dybala" (PDF). Juventus F.C. 3 June 2015. 5 June 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 June 2015.
- ↑ "Paulo Dybala: Juventus sign striker from Palermo for £23m". BBC Sport. 4 June 2015. 6 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2015.
- ↑ "Paulo Dybala: Juventus is the perfect club for me". Goal.com. 14 July 2015. 21 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2015.
- ↑ "Juventus 2-0 Lazio: Mario Mandzukic and Paulo Dybala hand Juve win as new strikers seal Italian Super Cup for Serie A champions". Daily Mail. 8 August 2015. 21 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2015.
- ↑ "Roma 2 – Juventus 1". Lega Serie A.it. 30 August 2015. İstifadə tarixi: 17 December 2015.[ölü keçid]
- ↑ Ogo Sylla. "Dybala keeping pace with Juventus' best". La Gazzetta dello Sport. 16 November 2015. İstifadə tarixi: 18 April 2016.[ölü keçid]
- ↑ "Coppa: Four-star Juve crush Toro". Football Italia. 16 December 2015. 16 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2015.
- ↑ "Dybala: 'Juve can do it!'". Football Italia. 23 February 2016. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2016.
- ↑ "Dybala, Marchisio miss Bayern-Juve". Football Italia. 15 March 2016. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2016.
- ↑ "Line-ups: Torino-Juventus". Football Italia. 20 March 2016. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2016.
- ↑ "Paulo Dybala ready for Juventus return against old club Palermo". ESPN FC. 12 April 2016. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2016.
- ↑ "Juve, Dybala a 16 gol: meglio di Baggio e Trezeguet, raggiunge Ibra e Platini" (Italian). La Gazzetta dello Sport. 21 April 2016. 15 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2016.
- ↑ "Juve celebrate in the sign of Five". Football Italia. 14 May 2016. 17 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 May 2016.
- ↑ "Juventus 5 Sampdoria 0: Dybala double wraps up season in style". FourFourTwo. 14 May 2016. 11 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2016.
- ↑ Marco Demicheli. "Juve, Dybala turns down the number 10 jersey. From Del Piero to Pogbalakin birmənalı şəkildə bəyan edib ki, o, Argentinalı hiss edir və həmişə Argentina üçün oynayan arzulamışdı. it's the end of an era". Calciomercato. 5 September 2016. 13 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2016.
- ↑ Gianluca Nesci. "Watch: Dybala nets absolute screamer as Juventus crushes Dinamo Zagreb". The Score. 27 December 2016. İstifadə tarixi: 8 December 2016.
- ↑ "Empoli 0 Juventus 3: Dybala, Higuain on target in comfortable victory". Yahoo.com. 2 October 2016. 7 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2016.
- ↑ "Offical: Dybala renews with Juventus". Football Italia. 13 April 2017. 28 September 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2017.
- ↑ "Real Madrid and Cristiano Ronaldo see off Juventus to win Champions League". The Guardian. 3 June 2017. 3 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2017.
- ↑ "Italia, Dybala dice no: "Grazie Conte, ma sogno l'Argentina"" (Italian). Corriere dello Sport. 29 November 2014. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 November 2014.
- ↑ "Paulo Dybala, "La Joya" Documentary: "Me gustaría defender la sangre de mi familia y de mi abuelo pero creo que soy Argentino."" (Spanish). 2AngryMen TV. 5 October 2015. 5 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2015.
- ↑ "El Tata no está pipón". Olé.com (Spanish). 22 September 2015. 17 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
- ↑ "Argentina draw with Paraguay, still winless in World Cup qualifying". ESPN FC. 13 October 2015. 7 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2015.
- ↑ "Carlos Tevez, Paulo Dybala left off Argentina's Copa America squad". ESPN FC. 20 May 2016. 21 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2016.
- ↑ "Argentina call up Paulo Dybala for Olympics against Juventus' wishes". ESPN FC. 25 May 2016. 7 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2016.
- ↑ "Dybala: 'No Barcelona interest'". Football Italia. 31 August 2016. 14 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2016.
- ↑ "Dybala reassured by Messi after calamitous red card". Marca.com. 3 September 2016. 7 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2016.
- ↑ 1 2 Paolo Menicucci. "UEFA.com's weekly wonderkid: Paulo Dybala". UEFA. 9 May 2015. 30 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
- ↑ Di Feo, Giulio. "Mercato, non solo Tevez Juve-Guarin, Napoli-Dybala" (Italian). La Gazzetta dello Sport. 13 December 2011. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ "GATTUSO: "C'è tanto entusiasmo, colpito da Dybala. Dal mercato mi aspetto ..."" (Italian). 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ Lo Iacono, Salvatore. "Palermo, occhi puntati su Paulo Dybala" (Italian). Il Corriere della Sera. 19 April 2012. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ 1 2 Calamai, Luca. "Inter, ecco baby Dybala Arouca alla Fiorentina?" (Italian). La Gazzetta dello Sport. 14 January 2012. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ 1 2 3 4 5 Chioffi, Stefano. "Paulo Dybala, 17 gol per stregare il Palermo" (Italian). Il Corriere dello Sport. 29 April 2012. 16 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ 1 2 Nick Norrington. "Scouting Report: Palermo's Dybala to become better than Lionel Messi?". ESPN FC. 26 November 2014. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2016.
- ↑ 1 2 3 "Juventus and Sevilla draw a blank". UEFA.com. 15 September 2016. 23 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ 1 2 3 Peter Coates. "Paulo Dybala: Is Juventus striker poised to join Lionel Messi and Cristiano Ronaldo among the game's elite?". The Independent. 22 January 2016. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ 1 2 Gaby McKay. "How Juventus miss Dybala". Football Italia. 2 November 2016. 23 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Mirko Graziano. "Juve, Dybala tra Sivori e Tevez. E Messi disse: "È uno di noi"" (Italian). La Gazzetta dello Sport. 18 January 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
- ↑ JAMES HORNCASTLE. "Paulo Dybala coming along slowly at Juventus, but does Allegri know best?". ESPN FC. 28 October 2015. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ 1 2 Timothy Ormezzano. "Juventus, Dybala: "Esterno, punta, trequartista. Per Allegri faccio tutto"" (Italian). La Repubblica. 25 November 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Claudio Barbieri. "Dybala all'attacco, manca solo la Joya del gol" (Italian). Sky.it. 17 February 2017. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Paolo Menicucci. "Messi and Pirlo in one? Dybala driving Juventus up Serie A". UEFA.com. 18 January 2016. 28 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
- ↑ Camillo Forte. "Allegri ha già deciso i tiratori scelti della Juve" (Italian). Tuttosport. 3 July 2015. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
- ↑ Norrito, Massimo. "Dybala, il bomber con la faccia da bambino pronto a fare innamorare il "Barbera"". La Repubblica. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ "Dybala aims to emulate Tevez success at Juve". Four Four Two. 7 December 2015. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2015.
- ↑ James Horncastle. "Horncastle: Juventus' new leader? Why Paulo Dybala should be given the No.10 shirt". Calciomercato.com. 17 December 2015. 15 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2016.
- ↑ "Dybala: il grande colpo, Lo Monaco: "Erede di Montella"" (Italian). Live Sicilia. 2021-09-24 tarixində arxivləşdirilib.
- ↑ Fabiana Della Valle. "Juventus, Dybala vola a ritmo dei top: meglio di Tevez e di Del Piero" (Italian). La Gazzetta dello Sport. 16 November 2015. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2016.
- ↑ Ivan Zazzaroni. "Paulo Dybala come il "primo" Roberto Baggio" (Italian). Sport Notizie 24. 14 December 2015. 22 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 December 2015.
- ↑ "Baggio: 'Dybala is the future'". Football Italia. 10 January 2017. 23 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- ↑ Majid Mohamed. "Argentinian strikers making a mark in Europe". UFEA.com. 30 January 2015. 10 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Greg Lea; Andy Murray; Tom Kundert; Andrew Gibney; David Cartlidge; Alex Hess; Simon Harrison; Adam Digby. "FourFourTwo's Best 100 Football Players in the World 2016: 50-41". FourFourTwo. 29 November 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ "TOP 10 SOCCER PLAYERS UNDER 25". beIN Sports. 29 October 2015. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Conor Dowley. "Paulo Dybala is already a superstar". SB Nation. 18 October 2016. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ James Walker-Roberts; Patrick Surlis. "Top 100 players of 2015: Where do Lionel Messi and Cristiano Ronaldo rank?". Sky Sports. 31 December 2015. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ Aaron West. "Paulo Dybala has quietly become one of Europe's best players". Fox Sports. 15 November 2016. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ "Paulo Dybala proud of Argentine teammate Lionel Messi's praise". ESPN FC. 21 March 2016. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2017.
- ↑ "La Top 101 dei giovani più promettenti di 'Don Balon': quanti italiani!" (Italian). Calcio Mercato News. 19 November 2014. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2016.
- ↑ "Palermo's Smiling Assassin Pablo Dybala Smiling All The Way To Superstardom". beIN Sports. 16 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
- ↑ "Gran Galà del calcio, la Juventus fa incetta di premi" (Italian). Il Corriere della Sera. 31 January 2017. 21 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2017.
- ↑ ESM Top-Elf: Ein Bayern-Star in Europas Elite. Abendzeitung (German). 8 June 2017. 22 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2017.