Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2
-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir.
Paris | |
---|---|
Paris | |
48°51′24″ şm. e. 2°21′08″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Ann Hidalqo |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | III əsr[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 48 m[4] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +33 1 |
Poçt indeksi | 75116, 75001, 75002, 75003, 75004, 75005, 75006, 75007, 75008, 75009, 75010, 75011, 75012, 75013, 75014, 75015, 75016, 75017, 75018, 75019, 75020, 75000 |
Nəqliyyat kodu | 75 |
Digər | |
paris.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəŞəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var[6].
Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.
İqlimi
redaktəParis süst klimatik zonada yerləşir. Orta illik temperatur 10,9 °C, orta illik yağıntı – 585 mm-dir. Parisin mikro iqlimi az rütubətli, gündüzləri az işıqlı, gecələri isə nisbətən işıqlıdır. Ən yüksək temperatur 39,3 °C 12 avqust 2003-cü ildə, ən aşağı temperatur −25,6 °C 10 dekabr 1878-ci ildə, 24 saat ərzində ən dəyişkən temperatur (+12 °C-dən −10 °C-dək) 31 dekabr 1978-ci ildə, ən güclü külək isə (169 km/saat) 1999-cu ilin dekabrında qeydə alınmışdır.Meteoroloji müşahidələr 1873-cü ildən bəri Montsouris parkındakı meteoroloji stansiyadan davamlı olaraq aparılır[7].
Paris üçün aylıq orta temperatur və yağıntı
Mənbə: Météo-France; wetterkontor.de
|
Hidroqrafiya
redaktəKiçik adalara malik Sena çayı Paris şəhərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. Adalar içərisində ən əhəmiyyətlisi Parisin beşiyi sayılan hələ antik dövrdə məskunlaşmış Site adası sayılır. Notr-Dam de Pari, Sent-Şapel, Konserjeri kimi tarixi abidələr məhz burada yerləşir.
Ənənvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.
Tarixi
redaktəŞəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.
e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərini oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.
Orta əsrlər
redaktəRomalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.
XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu, sonralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.
XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.
Yeni tarix
redaktəXIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.
XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.
Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.
İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.(6 həftə)
1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.
Əhalisi
redaktəParis əhalisinin
illər üzrə artım cədvəli
1150 | 50 000 | |
1200 | 120 000 | |
1328 | 200 000 | |
1365 | 275 000 | |
1422 | 100 000 | |
1500 | 150 000 | |
1565 | 294 000 | |
1590 | 300 000 | |
1637 | 415 000 | |
1680 | 515 000 | |
1750 | 576 000 | |
1789 | 650 000 | |
1801 | 547 800 | |
1810 | 714 600 | |
1851 | 1 053 000 | |
1872 | 1 851 702 | |
1881 | 2 240 000 | |
1901 | 2 714 000 | |
1926 | 2 871 000 | |
1954 | 2 850 000 | |
1975 | 2 300 000 | |
1999 | 2 125 000 | |
2007 | 2 143 000 |
Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/кm²-dir.
Demoqrafik məlumatlar
redaktəAntik zamanlarda və orta əsrlərdə çoxsaylı müharibələr, epidemiyalar və əhali arasında kütləvi aclıqlar əhalinin tez-tez azalmasına səbəb olmuşdur.1832-ci ildə vəba epidemiyası təxminən 20 000 insanın tələfinə səbəb olmuşdur.
XIX əsrin sənayeləşməsi əhalinin artımına səbəb olmuşdur. 1921-ci ildə əhali rekord həddə 3 milyona catmışdır. Hal hazırda Parisdə 2 milyondan bir qədər artıq əhali yaşayır.
Ətraf rayonlarda əksinə əhali artmaqdadır. 1921-ci ildə 4,85 milyon yaşadığı halda, 2006-cı ildə rəqəm 11,6 milyonu kecmişdir.
Təgaüd yaşlı əhali əsasən şəhərətrafında yaşamağa üstünlük verir. Məhz buna görə də Parisi "cavan" şəhər adlandırırlar. Əhalinin əksəriyyəti subaylardan ibarətdir. Orta hesabla hər parisli ailəsi 1,75 nəfərdən ibarətdir.
Etnik tərkibi
redaktəHal azırda Parisdə 310 000 immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətini Portuqaliya, Əlcəzair, Mərakeş, Avropa və Afrika olkələrindən olan gəlmələr təşkil edir.
İnzibati bölgüsü
redaktəŞəhər iki aqlomerasiyadan: intra-muros – "divar içi" və Grand Paris – "Böyük Paris"dən ibarətdir.
Paris 20 bələdiyə dairəsinə — arrondissementinə (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr. quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.
İdarəçilik
redaktə2001-ci ilin martından şəhərin bələdiyyə başçısı Fransa sosialist partiyasının nümayəndəsi Bertran Delanodur. Onun lehinə şəhər şurasının 163 üzvündən 92-si öz səsini vermişdir. 2008-ci ildə təkrar seçilmişdir.
Qardaşlaşmış şəhər
redaktəİtaliya, Roma (1956). Məşhur deyimə görə: fr. Seule Paris est digne de Rome; seule Rome est digne de Paris / it. Solo Parigi è degna di Roma; Solo Roma è degna di Parigi / "Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir".
İqtisadiyyatı
redaktəÖlkənin mühüm iqtisadi mərkəzidir. Demək olar ki, əksər sənaye müəssisələrinin, bankların, sığorta, telerabitə kompaniyalarının (Vivendi Universal, Groupe Lagardère, Groupe TF1), məşhur mətbuat müəssisələrinin (Le Figaro, Le Monde, Libération) ofis və mənzil-qərargahları burada yerləşmişdir. İşsizlik ölkənin orta işsizlik səviyyəsinə uyğundur.
İş yerlərinin 85%-i xidmət sahələrinin payına düşür. Ümumiyyətlə iş yerlərinin 35%-i iaşə xidmətinin, 30%-i istehsal müəssisələrinin, 20%-i tikinti sektorunun və 15%-i yeyinti sənayesinin payına düşür.
Turizm biznesi yüksək inkişaf səviyyəsindədir. 2007-ci ildə Paris mağazalarında çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləmişlər.
Nəqliyyat
redaktəAvtomobil nəqliyyatı
redaktəParis nəhəng nəqliyyat qovşağına malik olub, tarixi yolların kəsişdiyi şəhərdir. Parisdən radius şəkilli müxtəlif istiqamətlərə yönəlmiş avtomobil yolları başlanğıc götürürlər. Bu yollara A1 Lill isiqamətli, A4 Reyms isiqamətli, A5 Dijon isiqamətli, A6 Lion istiqamətli, A7 Never isiqamətli, A10 Orlean isiqamətli, A13 Ruan isiqamətli avtomagistrallarını misal göstərmək olar.
Bilavasitə şəhərətrafı iki dairəvi A86 və A104 magistrallarına malikdir.
Hava nəqliyyatı
redaktəParis üç beynəlxalq hava limanına malikdir:
- Şarl de Qoll Hava Limanı sərnişindaşıma həcminə görə Avropada 3-cüdür
- Orli hava Hava Limanı sərnişindaşıma həcminə görə Avropada 9-cudur, əsasən daxili reyslər həyata keçirilir.
- Le Burje Hava Limanı bir qədər köhnədir, xüsusi uçaqlar və avio kompaniyalar üçün istifadə olunur.
Dəmiryol nəqliyyatı
redaktəParis vağzallarının dəmiryol xətləri Fransanın bütün əyalətləri və qonşu Avropa ölkələri ilə birbaşa əlaqəlidir.
- Sen-Lazar — Normandiya.
- Şimal vağzalı — Böyük Britaniya (Eurostar), Belçika və Hollandiya (Thalys) (TGV).
- Şərq vağzalı — Almaniya, Avstriya.
- Lion — Аlp, İsveçrə, İtaliya (TGV).
- Bersi — Alp, İtaliya (gecə qatarı).
- Austerliç Аустерлиц — İspaniya, Portuqaliya (TGV).
- Monparnas — Bretan və qərbi Fransa (TGV).
- Le Burje — xüsusi olaraq yük qatarları üçün istifadə olunur.
İctimai nəqliyyat
redaktəƏn rahat və praktik nəqliyyat vasitəsi Paris metrosudur. 1900-cü ilin iyul ayında fəaliyyət göstərən uzunluğu 212,5 km olan metro 16 xəttdən ibarətdir. Metro infrastrukturuna eyni zamanda əlavə olaraq 5 (RER – A, B, C, D, E xətləri) ekspress regional elektrik qatar xətti də daxildir.
Hələ 1930-cu illərdə ləğv edilmiş tramvay xətlərinin 1992-ci ildən etibarən bərpasına başlanılmışdır. 4 xəttə malik tramvaylar Parisin əsasən ətraf məhəllələrlə əlaqələndirilməsində heç də az rol oynamırlar.
Parisin avtobus nəqliyyat sisteminə nəinki adi marşrutlar, eyni zamanda turist marşrutları da daxildir.
2007-ci ildən Parisdə çoxlu sayda avtomat velosiped kirayə məntəqələri (Vélib) mövcuddur.
Təhsil
redaktəFransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.
Parisin digər məşhur təhsil müəssisələrinə Kollec de Frans, Politexnik məktəbi, Katolik institutu, HEC Paris, Dağ-mədən və Milli idarəetmə institutları aiddirlər. Həmçinin 5 akademiyanı, xüsusilə 1803-cü ildən tərkib hissəsi sayılan Fransa Akademiyasını özündə birləşdirən Fransa İnstitutu (Institut de France) Parisdə yerləşir. Fransa Akabemiyası Paris ədəbiyyat dərnəyi əsasında 1629-cu ildə Valentin Kanrar tərəfindən təsis edilmişdir. Akademiya 1635-ci ildən dövlət elm müəssisəsi statusuna malikdir. Fransa Milli Kitabxanası 1368-ci ildə kral V Karl tərəfindən Luvrdakı şəxsi kitabxanası əsasında yaradılmışdır. Kral XI Lüdovikin vəfatından sonra monarxa məxsus bütün əlyazmaların ənənəyə əsasən məhv edilməsinə qarşı çıxaraq, əksinə onların toplanib kitabxana fonduna verilməsi qərarına gəlməsi onu daha da zənginləşdirmişdir.
Muzeylər
redaktə1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır.
Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.
Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656–1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.
Teatr
redaktəParisdə iki opera teatrı, Opera Qarnye və Bastiliya operası fəaliyyət gostərir. 1875-ci ildə açılan və memarının adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 m² olub dünyanın ən böyük operası sayılır.
-
Böyük zal
-
Tamaşa zalı
Görməli yerləri
redaktəParisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806–1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.[8]
Beş kral meydanı
redaktəParisin malik olduğu "Beş kral" meydanı onun tarixini əyani əks etdirən atributlardan sayılır.
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki "Böyük Lüdovik meydanı" (fr. Place Louis le Grand) — Parisin "beş kral meydanından" biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar.
Viktoriya meydanı ya Qələbə meydanı (fr. Place des Victoires) — Parisin mərkəzi lakin bir o qədər də böyük olmayan meydanı, "5 kral meydanından" dördüncüsü. Meydan Pale-Royaldan şimal-şərqdə, I və II arrondissementlərin sərhəddində, Luvrdan 500 m şimalda yerləşir. Holland müharibəsi bitdikdən və Nimvegen sülhü bağlandıqdan sonra onun salınmasının təşəbbüskarı marşal La Feyad olmuşdur. Marşal La Feyad həmin sahəni alıb, ətraf evləri sökdürüb memar Jül Arduen Mansara mərkəzində XIV Lüdovikin at üstündə heykəli olan bir meydan salmağı tapşırır. Bununla o, fransızların Holland müharidəsindəki qələbəsini əbədiləşdirmək istəmişdir.
Dofina meydanı ya Vəliəhd meydanı(fr. Place Dauphine) — Parisin mərkəzi meydanı, "5 kral meydanından" ikincisi. Meydan 1607 ci ildə kral IV Henri tərəfindən vəliəhd XIII Lüdovikin şərəfinə sifariş edilmişdir. O dövrdə (XVII əsrdə) bu meydan Voje meydanından sonra ikinci kral meydanı olmşdur.
Vogezlər meydanı (fr. Place des Vosges)) — Parisin ən qədim meydanı, "5 kral meydanından" birincisi. Mare məhəlləsində yerləşən bu meydan kvadrat şəklindədir. 1799 cu ilə qədər "Kral meydanı" fr. Place Royale adlanmış.
Brendlər
redaktəChanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması öz fəaliyyətinə 1910 cu ildə Parisdə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, Ritç otelinin arxasında fr. “Chanel Modes” atelyesini açmaqla başlamışdır.
Mənbələr
redaktə- Paris, Alan Tillier, Ein Dorling Kindersley Buch,reiseführer, VİSaVİS Neuauflage 2007/2008, ISBN 978-3-928044-37-0
- Paris, Teresa Fischer, Falk reiseführer, Auflage 2004, ISBN 3-8279-0175-8,
İstinadlar
redaktə- ↑ Google Books (çd.). 2005.
- ↑ 1 2 3 4 ArchINFORM (alm.). 1994.
- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ https://it-ch.topographic-map.com/map-3ld59m/Parigi/?zoom=19¢er=48.8562%2C2.35248&popup=48.85644%2C2.35253.
- ↑ Populations légales 2020. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2022.
- ↑ "Париж" (rus). 22 июня 2021. 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Comparateur de territoire: Unité urbaine 2020 de Paris (00851)" (French). INSEE. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
- ↑ Famous Places to Visit in Paris[ölü keçid]