iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Nihal_Atsız
Nihal Atsız — Vikipediya

Nihal Atsız

Türk yazıçısı, şair, tarixçi

Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçiideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır.[5] Yağmur AtsızBuğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur.[6] Özünü TürkçüTurançı[7] olaraq tanıtmışdır.[8][9]

Nihal Atsız
Doğum tarixi
Doğum yeri Kadıköy, İstanbul[1][2][3][4]
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri İçerenköy,İstanbul
Dəfn yeri
Vətəndaşlığı Türkiyə
Milliyyəti Türk
Uşaqları Buğra Atsız, Yağmur Atsız
Təhsili
Fəaliyyəti şair, yazıçı, publisist, mühazirəçi, siyasətçi, tarixçi
Əsərlərinin dili türk dili
Janrlar roman, nəsr, poeziya, ədəbi tənqid
İlk əsəri Dalkavuklar gecəsi
Tanınmış əsəri Bozkurtların ölümü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsi

redaktə

Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.[10]

Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir.

Əhməd ağanın III uşağı olan Hüseyn ağa (1832-1894) isə 1850-1852-ci illərdə hərbi donanmada hərbi qulluqçu kimi İstanbula gəlmiş, oxumağı və yazmağı hərbi təhsili zamanı öyrənmiş, hərbi xidmətinin sonunda da, mülki işə həvəs göstərməyərək, Donanma-i Hümayunda qalmış və mexanika kapitanlığında Çarxçi Kolağalığına qədər yüksəlmişdir.

Hüseyn ağanın həyat yoldaşı Əminə Xeyriyyə olmuşdur. İki uşaqları olmuş, adları Nevber xanım və Mehmet Nail bəydir (1877-1944). Mehmet Nail bəy də Osmanlı donanmasına qəbul olmuş və Hərbi Dəniz Qüvvələrindən Dəniz Göyərtə Minbaşısı rütbəsiylə ehtiyata buraxılmışdır.

Mehmet Nail bəyin ilk həyat yoldaşı 1903-cü ildə, hələ kapitan rütbəsində ikən evləndiyi Fatma Zəhra xanımdır (1884-1930). Fatma Zəhra xanım, donanma polkovnik-leytenantı Osman Fevzi ilə Tevfika xanımın qızıdır. Osman Fevzi bəy, Trabzonludur, Trabzonun məşhur Kadıoğulları nəslindəndir.

Mehmet Nail bəy ilk həyat yoldaşından 3 uşağı olmuşdur. 12 yanvar, 1905-ci ildə Hüseyn Nihal Atsız, 1 may 1910-cu ildə Ahmet Nejdet və 1912-ci il dekabrda Fatma Nəzihə dünyaya gəlmişdir. 1930-cu ildə, həyat yoldaşının damar sərtliyi xəstəliyindən vəfat etməsindən sonra Mehmet Nail bəy, 1931-ci ildə yenidən evlənmişdir. İkinci həyat yoldaşından 1932-ci ildə Necla adlı qızı olan Mehmet Nail bəy, ikinci yoldaşı ilə yola gedə bilmədiyindən 2 il sonra boşanmışdır.

 
Nihal Atsız 7 aylıq ikən

Həyatı

redaktə

Hüseyn Nihal Atsız, 12 yanvar, 1905-ci ildə, İstanbul, Kadıköydə anadan olmuşdur.

İlk təhsilini müxtəlif məktəblərdə, orta təhsilini isə Kadıköyİstanbul Sultanisində ( İstanbul Liseyi) almışdır. Buranı bitirdikdən sonra Hərbi Tibbiyyə məktəbinə yazılmışdır.

 
Hərbi Tibbiyədə təhsil alarkən

Atsız, Hərbi Tibbiyəyə qəbul olduğu dövrlərdə artıq Türkçü fikirlərlə tanış idi. Ziya Gökalpın cənazə mərasiminin təşkil edildiyi günün gecəsi, Türkçülük fikirlərinə qarşı fikirlər səsləndirən tələbələrlə dava etdiyi və daha sonradan ərəbəsilli leytenant Məsud Sürəyya Əfəndinin ərəb olması səbəbiylə üstün olmasını əsas gətirməsinə cavab olaraq Atsızın ona hərbi salam verməməsinə görə , 4 mart, 1925-ci ildə, III kurs tələbəsiykən Hərbi Tibbiyyədən qovulmuşdur.

Bu hadisədən sonra 3 ay müddətində Kabataş Kişi Liseyində müəllim assistanlığı edən Atsız, daha sonradan Dəniz Yolları idarəsinin Mahmud Şevket Paşa gəmisində katib müavini olaraq işləmiş və bu gəmi ilə İstanbul-Mersin arasında səfərlər təşkil etmişdir.

Universitet illəri

redaktə

1926-cı ildə İstanbul Darülfününün Ədəbiyyat Fakültəsinin "Ədəbiyyat" ixtisasına və İstanbul Darülfününün digər hissəsi olan Yüksək Müəllim Məktəbinə daxil olan Atsız, bir həftə sonra hərbi xidmətə çağırılmış, 28 oktyabr 1926-cı ildən, 28 avqust 1927-ci ilə qədər İstanbul, Taşkışlada V Piyada alayında əsgər olaraq hərbi xidmət etmişdir.

Əhməd Naci adlı dostu ilə birlikdə hazırladığı "Anadoluda Türklərə aid yer adları" adlı məqalənin Türkiyyat Məcmuəsinin ikinci cildində nəşr edilməsi ilə müəllimi Mehmed Fuad Köprülünün diqqətini cəlb edən Atsız, 1930-cu ildə Ədirnəli Nəzminin divanı ilə bağlı məzuniyyət müdafiəsini işləmişdir. Həmin ildə də Ədəbiyyat fakültəsindən məzun olmuşdur.

Qrup yoldaşları arasında Tahsin Banquoğlu, Ziya Karamuk, Orxan Şaiq Gökyay, Pertev Naili Boratav, Nihad Sami Banarlı kimi şəxslər omuşdur.

Məzun olduqdan sonra Ədəbiyyat fakültəsi dekanı olan, müəllimi prof. Dr. Mehmed Fuad Köprülü, Maarif Vəkalətində Atsız üçün müraciət edərək, Yüksək Müəllim Məktəbini tələbə kimi bitirdiyi üçün məktəblərdə məcburi işləməli olduğu 8 illik müddətini ləğv etdirmiş və 25 yanvar, 1931-ci ildə, Atsızı özünə asistant olaraq təyin etdirmişdir.

Atsız, 1931-ci ildə İstanbul Universitetinin fəlsəfə fakültəsini bitirən ilk həyat yoldaşı Mehbarə xanımla evlənmiş, amma 1935-ci ildə boşanmışdır.[11]

1931-1932-ci illərdə Atsız Məcmuə adlı məcmuə nəşr etdirmişdir. Mehmed Fuad Köprülü, Zəki Validi Toğan, Əbdülqadir İnan kimi ədəbiyyat və tarix alimlərinin də olduğu bir heyət ilə nəşr işinə başlamış, nəşr etdirdiyi Türkçü və Köyçü jurnalı, dövründə elm, fəlsəfə və mədəniyyət sahəsində çox təsir yaradan Türkçü bir yol açmış, demək olar ki, Cumhuriyyət dövrü Türkçülüyünün öncüsü olmuşdur.

Atsız, özünü tanıtmağa başlayan ilk yazılarını "H.Atsız" imzasıyla, hekayələrini də "Y.D" imzasıyla bu jurnalda yayınlanmışdır. 1932-ci ilin, avqustunda Ankarada toplanan Birinci Türk Tarix Konqresində, prof. Dr. Zəki Validi Toğana Dr. Rəşid Qalibin etdiyi tənqidlərə görə Atsız, içlərində ikinci həyat yoldaşı Bədriyyə Atsız ilə Pertev Naili Boratavın da olduğu 8 dostu ilə Dr. Rəşid Qalibə "Zəki Validinin tələbəsi olmaqla fəxr edirik" yazılmış bir protesto teleqrafı göndərmiş və bu teleqraf səbəbiylə də Rəşid Qalibin diqqətini öz üzərinə çəkmişdir.

19 sentyabr, 1931-ci ildə, Rəşid Qalib, Maarif Vəkili oldu. Qısa müddət sonra da Fuad Köprülünün dekanlıqdan getməsi səbəbiylə, dekanlığa Əli Müzəffər bəy təyin edilmişdir. Rəşid Qalib, Atsız Məcmuənin XVII sayındakı "Darülfünün qara, daha doğru bir deyişlə, üz qızardan siyahısı" adlı məqaləsinə görə Ədəbiyyat fakültəsi dekanına təzyiq göstərərək, 13 mart, 1933-cü ildə Atsızın universitet asistanlığına son verilmişdir. Universitetdən çıxarılmasından bir necə gün sonra Atsız, Ədəbiyyat fakültəsinin dekanını Tokatlayan Otelindəki bir çay məclisində tutaraq, yüzlərlə insanın gözləri qarşısında sillələmişdir.

Məmurluğu

redaktə
 
Atsızın 1940-cı illərə aid fotosu

Universitet asıstanlığından çıxarılan Atsız, Malatya orta məktəbinə Türkcə müəllimi kimi təyin olunmuşdur. Malatyada qısa bir müddət ( 8 aprel, 1933 - 31 avqust, 1933) türkcə müəllimliyi edən Atsız, Ədirnə liseyi ədəbiyyat müəllimliyinə təyin edilmişdir. Burada cəmi 3-4 ay çalışmışdır.

Atsız burada Atsız Məcmuənin davamı kimi Türkçü Orhun jurnalını yayımlamışdır. Orhun jurnalında Türk Tarix Qurumu tərəfindən nəşr olunan və məktəblərdə dərslik kimi öyrədilən 4 cildlik tarix kitablarında olan nöqsanları ağır bir şəkildə tənqid etdiyi üçün, 28 dekabr, 1933-cü ildə nazirlik sərəncamına alınmış və orhun jurnalı IX sayından sonra Nazirlər Kabineti tərəfindən verilən qərarla bağladılmışdır.

9 ay nazirlik sərəncamında qalan Atsız, 9 sentyabr 1934-cü ildə, Kasımpaşadakı Dəniz Hazırlama məktəbinə türkcə müəllimi olaraq təyin olunmuşdur.

Fevral, 1936-cı ildə, ikinci həyat yoldaşı olan Bədriyyə xanım ilə evlənən Atsızın bu evlilikdən 4 noyabr, 1939-cü ildə Yağmur Atsız, 14 avqust 1946-ci ildə isə Buğra Atsız adlı iki oğlu olmuşdur. Atsız, ikinci həyat yoldaşı olan Bədriyyə xanımdan 1975-ci ilin mart ayında ayrılmışdır.

Atsız, sonuncu iş yerində 4 il işləmiş, 1 avqust 1938-ci ildə xaric edilmişdir.

Bundan sonra Özəl Uca-Ülkü liseyinə gələn Atsız, burada 1937-ci ildən, 1939-cu ilə qədər ədəbiyyat müəllimi işləmiş. 1939-1944-cu illər arasında isə, digər özəl lisey olan- Boğaziçi liseyində ədəbiyyat müəllimliyi etmişdir.

Atsız, burada işləyərkən, Mətbuat və Yayın Müdiri Selim Sarperin təşviqilə Orhun jurnalını (1 oktyabr, 1943 - 1 aprel, 1944) yenidən nəşr etdirməyə başlamışdır. Yolların sonu - məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabıdır.[1]Hüseyn Nihal Atsız bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.

İrqçilik-Turançılıq iddiası

redaktə

II Dünya Müharibəsi davam edərkən Türkiyədə kommunist fəaliyyətlərinin artdığını düşünən Atsız, Orhun jurnalının 1944-cu il, mart ayındakı XV sayında, daha əvvəl 5 avqust, 1942-ci ildə, milli məclisdə "Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" deyən dövrün Baş Naziri Şükrü Saracoğluna xitabən bir açıq məktub yayımladı.

"Hörmətli Baş Nazir, həm Türkcü, həm də Baş Nazir olduğunuz üçün sizə açiq məktub yazıram. Yalnız Baş Nazir olsaydınız bunları yazmaq əziyyətinə qatlanmazdım. Çünkü Türkçü olmayan bir Baş Nazirə xitab etmənin nə qədər boş olduğunu bilirəm. Yalnız bir Türkçü olsaydınlz yenə yazmağa lüzum görməzdim. Çünki, faydasız qalacağından sizdən daha köhnə Türkçülərlə yurdun dərdlərini hər zaman danışa bilərəm. Fəqət Türkçü olaraq idarə mexanizmasının başında olduğunuz üçün sizinlə danışmaqdan faydalar gələ biləcəyinə inanır, onun üçün sizə xitab edirəm.[12]

Millət Məclisində, 5 avqust, 1942-ci il günü verdiyiniz nitqdə:"Biz Türkük, Türkçüyük və daima Türkçü qalacağıq. Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" demişdiniz. Türk tarixi ilə məşğul olmuş biri kimi deyə bilərəm ki, nə irqimizin, nə də dövlətimizin tarixində Türk millətçiliyi rəsmi bir ağızdan bu qədər dəqiq sözlərlə heç bir zaman deyilməmişdir. Bu sözlərin Türkçü çevrələrdə necə sevinclə qarşılandığını izah etməyə ehtiyac yoxdur. Fəqət ardınca bir il yarım keçməsinə baxmayaraq, biz, bu Türkçülüyün işə keçmədiyini görməkdən doğan bir sıxıntı içindəyik. Fikirlər iş halına gəldiyi zaman mənalıdır. Buna ülkü (məqsəd) deyirik. İşə alınmayan fikirlər isə xam xəyaldan başqa bir şey deyildir. 70 ildən bəri işlənə-işlənə bugünkü vəziyyətinə çatan, güclü Türkçülüyün artıq tətbiq sahəsində də özünü göstərməsi zamanı əlbəttə gəlmişdir"

Atsız, aprel, 1944-cü ildə, Orhun jurnalının XVI sayında, Şükrü Saracoğluna xitabən II açıq məktubunu yayımlayaraq Əhməd Cavad Əmrə, Pertev Naili Boratav, Səbahəddin Əli, Sədrəddin Cəlal Antelin Marksist fəaliyyətlərdə olduqlarını və Milli Təhsil nazirinin bu kommunistləri qoruduğunu irəli sürərək dövrün Milli Təhsil naziri Həsən Əli Yücəli istefaya çağırdı.[13] Bu məktub Türkçülər arasında böyük səs-küyə səbəb oldu. İstanbulAnkarada antikommunist mitinqlər keçirildi. Buna cavab olaraq Həsən Əli Yücəl 7 aprel, 1944-cü ildə Atsızın Boğaziçi Liseyindəki ədəbiyyat müəllimliyi işinə son verdi.

Orhun jurnalı Nazirlər Kabinetinin qərarə ilə yenidən qapatıldı. Səbahddin Əli, dostu və həmçinin də Atsızın da yaxın dostu olan Orxan Şaiq Gökyayın təkidlərinə baxmayaraq, Atsızdan şikayət etdi. Əleyhinə məhkəməyə şikayət olunan Atsız, qatarla Ankaraya getmiş və Türkçü gənclər tərəfindən stansiyada böyük coşqu ilə qarşılanmışdı.[5]

Şəxsiyyəti təhqir iddiasının 26 aprel, 1944-cü ildəki ilk iclası toqquşmalarla keçdi. Bundan sonra 3 may, 1944-cü ildə edilən ikinci iclasda tələbələr içəri buraxılmamış, bu səbəbdən də tələbə nümayişləri olmuş və yüzlərlə adam tutulmuşdu. Məhkəmənin 9 may, 1944-cü ildə edilən qərar iclasında Səbahəddin Əliyə "vətən xaini" dediyi üçün 6 aylıq cəza almış Atsızın cəzası, hakim tərəfindən "milli təhrik" səbəbilə 4 aya endirilmiş və 4 aylıq bu cəzada ertələnmişdi. Atsız, cəzasının ertələnməsinə baxmayaraq 9 may, 1944-cü il tarixindı məhkəmədən çıxarkən həbs edilmişdir.

1944-cü ilin, 19 mayında prezident İsmət İnönü Atsızı ittiham edən məşhur nitqini söylədi. Bundan sonra Atsız və 34 dostu 1 nömrəli məhkəmədə mühakimə olunmağa başlamışdır. Aralarında Alparslan Türkeş kimi zabit, universitet professorları, müəllim, həkim və universitet tələbələrinin olduğu müttəhimlər, sonradan hücrələrdə işğəncə gördüklərini iddiaa etmişlərdir. 7 sentyabr, 1944-cü il günü məhkəmə başlamış, "İrqçilik-Turançılıq iddiası" adı verilən və həftədə 3 gün olmaqla 65 iclasda davam edən məhkəmə, 29 mart 1945-ci ildə sonlanmış və Atsız 6 il, 5 ay həbsə məhkum edilmişdir.[14]

Atsız, bu qərarı apelyasıyaya verdikdən sonra, məhkəmə onun cəzasını pozmuş, beləcə Atsız bir il yarım həbsdə olduqdan sonra, 23 oktyabr, 1945-ci ildə azad buraxılmışdır.[15]

Dava sonrası

redaktə

Aprel, 1947-ci ildən, 1949-cu ilə qədər özünə iş verilməyən Atsız, keçinmək üçün kitablarının böyük bir hissəsini satmağa məcbur qalmışdır. Bir müddət Türkiyə Yayınevində işləyən Atsız, Türk-Rus savaşlarının icmalı olan "Türkiyə heç vaxt boyun əyməyəcəkdir" adlı kitabını da Sururi Ermete adlı şəxsin adı ilə nəşr etdirməyə məcbur edilmişdir.

Atsızın qrup yoldaşı, prof. Dr. Tahsin Banquoğlu Milli Təhsil naziri olandan sonra, Atsızı Süleymaniyyə kitabxanasına mütəxəssis kimi iş vermişdir.

 
Atsız və dostları kürdlər əleyhinə yazdıqlarına görə çağırıldıqları məhkəməyə gedərkən

Bir müddət burada işləyəndən sonra, 1950-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəlməsindən sonra 21 sentyabr, 1950-ci ildə Heydərpaşa Liseyinə əbəbiyyat müəllimi kimi işə qəbul edilmişdir.

4 may, 1952-ci ildə, Ankara Atatürk liseyində vermiş olduğu "Türkiyənin Qurtuluşu" mövzulu bir konfrans səbəbilə, Cumhuriyyət qəzeti Atsızın əleyhinə xəbərlər verməyə başlamışdır. Haqqında nazirlik tərəfindən araşdırma başladılan Atsızın nitqinin elmi olduğu təsbit edilmişdir. Lakin Atsız 13 may, 1952-ci ildə, Heydərpaşa liseyindəki ədəbiyyat müəllimliyi işindən alınaraq, əvvəlki kitabxana işinə geri qaytarılmışdır. 1969-cu ulə qədər burada çalışmışdır.

1950-1952-ci illərdə yayımlanan həftəlik Orkun jurnalının baş redaktorluğunu etdi. 1962-ci ildə qurulan Türkçülər Dərnəyinin başqanı oldu. 1964-cü ildən vəfatına qədər Ötükən jurnalını çap etdirdi.

Dövrün prezidenti Cevdet Sunay, Qaziantepə gedərkən bir işçinin ona, "hökumət nümayəndələri ərəblərə torpaq verirlər, ama biz türklərə yox" deməsinə cavab olaraq, " türk torpaqlarında yaşayan hər kəs türkdür." demiş, Atsız buna cavab olaraq, Ötükən jurnalının 1967-ci ildə, yayımlanan 40-cı sayından etibarən, "Danışıqlar I", "Danışıqlar II", "Danışıqlar III", "Müstəqil kürd dövləti propoqandası", "Şərq mitinqlərində pərdə arxası", "Satılmışlar-Moskvanın əlaltıları" adlarıyla nəşr etdirdiyi məqalələrində Marksislərin şərq bölgələrində gizli təşkilatlanmalarda olduqlarını iddia etmiş, ərəbtürkü bir tutduğuna görə hökuməti tənqid etmişdir. Bu məqalələr haqqında araşdırma başladılmışsa da, cinayət tərkibi tapılmamışdır.

Ancaq bu yazılar səbəindən, Ankara küçələrində Atsız əleyhinə hazırlanmış bildirilər paylanmış və eyni gündə də Adalət partiyasının Diyabəkirdən olan deputatı, mitinqində Atsızı ağır şəkildə tənqid etmişdir.

Həsən Dincərin Ədliyyə naziri olduğu dönəmdə, nazirlik tədqiqat açmış və Atsız məhkəməyə verilmişdir. Məhkəmənin davam etdiyi 6 il içərisindı 12 mart (1971) çevrilişi olmuş və ardıyca hərbi idarə elan olunmuşdur.

Uzun iclaslardan sonra məhkəmə, Ötükən jurnalının sahibi Atsızı və yazı işləri üzrə səlahiyyətli müdiri Mustafa Kayabeki 15 aylıq həbsə məhkum etmişdir. Məhkəmə başqanının qərara qatılmadığı və 2-1-lik əksəriyyətlə verilən bu qərar, apelyasiya müraciəti olunca, qüvvədən salınmış, lakin Ədliyyə nazirliyi 2-1lik qərarda israr edincə, qərar qüvvəyə minmişdir. Atsız və Mustafa Kayabek "Tashih-i karar" istəyində olsalar da, bu istəkləri məhkəmə tərəfindən qəbul edilməmişdir.

Xronik enfarktus, yüksək təzyiq və ağır revmatizmadan əziyyət çəkdiyi üçün Heydərpaşa xəstəxanasına göndərilən Atsıza, xəstəxana tərəfindən "cəzaevində qala bilməz" qərarı verilsə də, Ədliyyə nazirliyi tərəfindən tədbiq olunmasına icazə verilməmişdir.[16]

Bunun ardınca, Toptaşı həbsxanasına göndərilərək, 40-a qədər ən qatı cinayətkarlarla eyni otağa salınan Atsız, bir müddət sonra Sağmalçılar həbsxanasına göndərilmişdir.

Atsızın həbsə girəcəyinin dəqiqləşməsindən bir müddət sonra, universitet müəllimləri və tələbələrdən ibarət böyük bir qrup prezidentə məktub yazaraq, Atsızın əhv olunmasını xahiş etmişdir. Atsız özü isə, heç bir cinayət törətmədiyini, etdikləri barədə yenə də eyni düşüncədə olduğunu, yenə olsa, bir daha da edəcəyini bildirərək, heç kimdən əhv xahişi etməyəcəyini bildirdi. Lakin buna baxmayaraq, prezident Fəxri Korutürk öz səlahiyyətindən istifadə edərək Atsızı əhv etdi. 22 yanvar, 1974-cü ildə, Bayrampaşa həbsxanasından Atsız azad edildi.

Ölümü

redaktə
 

Atsız, 1975-ci ilin noyabr ayının ortalarında xəstə olduğundan şübhələnmiş, ancaq edilən müayinə və testlər nəticəsində bir xəstəlik tapılmamışdır. 10 dekabr, 1975-ci ildə, çərşənbə gününün axşamı, infarkt keçirmiş, çağırılan həkim bunu başa düşə bilməmiş, ertəsi gündə bir infarkt keçirərək, 11 dekabrda vəfat etmişdir. 13 dekabrda, Karacaahmet məzarlığında dəfn edilmişdir.[14][17]

Osman Ağa Məscidində cənaze namazı qılınqıdan sonra İmamın "Mərhumu necə bilirdiz" sualına, Fəthi Gemuhluoğlu yüksək səslə: "Bir musalla daşı (məscidlərdə ölü yuyulması üçün olan daş) Atsız qədər əsl ər insanı az görmüşdür, xoca əfəndi" demişdir.[14]

Düşüncələri

redaktə

Siyasi düşüncələri

redaktə

Nihal Atsız, uşaqlıq dövründə Osmanlı imperiyasının son illərinə, gənclik dövrü isə Türkiyə Cumhuriyyətinin ilk illərinə şahidlik etmişdir. Yaşadığı dövrdə yüksəlişə keçmiş olan Türk millətçiliyinin təsiri altına girmiş və bu fikir axımının alovlu bir müdafiəçisi olmuşdur. Atsız, özünü Türkçü, milləti və Turançı olaraq tanımlamışdır. Türkiyə1960-ci illərdə və 1970-ciillərdə çox sayda ardıcıl toplamış olan sosializm axımına və İslamçılığa şiddətlə qarşı çıxmışdır. Yaşadığı dövrdə sol görüşlü kimsələr tərəfindən özünə çox dəfə "faşist" olduğu deyilsə də, lakin Atsız özünün bir faşist olmadığını, yalnızca bir Türkcü-Turancı olduğunu demişdir. Türk-İslam sintezini müdafiə edən Ülküçülərlə ortaq işlərdə olmamış və bundan qaçmışdır. Xas Türkçülüyün müdafiəçisi olmuşdur:

  Haqqımda müxtəlif sözlər deyən insanlara və həqiqi fikrimi soruşanlara bunu demək istəyirəm ki, mən nə faşistəm, nə də demokrat. Mən, xarici qaynaqlı heç bir fikri mənimsəməyəcək qədər milli şüur və qürura malik bir Türkəm. Siyasi, ictimai məzhəbim Türkçülükdür.  

Cavanliq dövründəki bir fotosunda saçlarını daramaq təriznə görə Adolf Hitlerə bənzəmək istədiyi iddiaasına cavab olaraq isə bu sözləri demişdir:

  "...Həmid Şövkət bunlari bilir mi ? Bilmirsə mənim Hitlerizmə meyilli bir adam olduğuma nə səbəbdən hökm edər? Saçlarım bənzəyirmiş... Bu axmaqca iddia illərdən bəri bir çox səfehlər tərəfindən əleyhimə dəlil kimi istifadə olundu. Hətta evimdə Hitlerin şəklinin asılı olduğu belə deyildi. Mən, xaricdən gəlmiş heç bir fikri qəbul etməyə tənəzzül etməyəcək qədər milli qurur və şüura sahib olduğumu, ictimai məzhəbimin Türkçülük olduğunu vaxtiylə yazaraq elan etdim. Daha neyləyə bilərəm ? Saçım Hitlerinkinə bənzəyir deyə məni Hitlerçi zənn edəcək qədər axmaqlıq edən minlərcə, bəlkə on minlərcə yazığa ayrı ayrı yaza bilmərəm ki... Həmid Şövkət heç vaxt unutmasın ki, bu vətənə bağlılıqda özünü mənimlə bir tuta bilməz. Çünkü ondan fərqli olaraq, mən bu torpağa əcdadımın qanı və xatirəsiylə bağlıyam."  

Partiyalar barədə

redaktə

Türkçülükdən başqa heç bir siyasi görüşə yaxın belə durmayan Atsız, eyni zamanda millətçi partiya belə olsa, partiya fanatizminə qarşı çıxmışdır. Ona görə, siyasi partiyaların varlığı qalıcı deyildir. Fanatı olunacaq şey fikirlərdir, partiyalar yox.

  "Partiyalarda ülkü yoxdur. İqtidara keçmək və ya orada qalmaq üçün ən sərt hərəkətlərdən belə çəkinməzlər"  

1960-cı illər, 1970-ci illərdə, Türkiyədəki partiyaların bir çox rəsmi olaraq millətçi-türkçü olduğu halda, Atsız o dövrün partiyaları barədə müsbət fikirdə olmamışdır:[18][19]

  "Türkçülər bu gün ancaq Türkçü xarakteri olan partiyaları tutarlar. Türkçülükdən sapan heç bir parti Türkçülər tərəfindən tutulamaz. Türkçülüyün nə olduğu açıq-aşkar ortada olduğu üçün bugünkü heç bir partiya Türkçü deyildir"  

Əsərləri

redaktə

Romanları

redaktə

Məqalələri

redaktə
  • (Ahmed Naci ilə birlikde) 'Anadolu'da Türklərə aid yer isimleri', Türkiyat Mecmuası, sayı.2 (1928)
  • 'Türkler hansi irqdəndir?', Atsız Mecumua, sayı.1 (1931)
  • '"İzmirdən səslər" haqqında', Atsız Mecmua, sayı.4 (1931)
  • '"İzmirden Sesler" hakkında', Atsız Mecmua, sayı.5 (1931)
  • 'Hindenburgun sözleri', Atsız Mecmua, sayı.8 (1931)
  • 'Bugünün meseleleri: Aynı tarihî yanlışlığa düşüyor muyuz?', Atsız Mecmua, sayı.11 (1932)
  • 'Bugünün meseleleri: Aynı tarihî yanlışlığa düşüyor muyuz?', Atsız Mecmua, sayı.12 (1932)
  • 'Bugünün meseleleri: Millî Seciye' buhranı, Atsız Mecmua, sayı.14 (1932)
  • 'Türk vatanını peşkiş çekenlere', Atsız Mecmua, sayı.15 (1932)
  • 'Sadri Etem Bey'e cevap', Atsız Mecmua, sayı.16 (1932)
  • 'Bugünün meseleleri: Askerlik aleyhtarlığı', Astız Mecmua, sayı.17 (1932)
  • 'Darülfünunun kara, daha doğru bir tabirle, yüz kızartacak listesi, Atsız Mecmua, sayı.17 (1932)
  • 'Vâlâ Nurettin Beyden bir sual', Atsız Mecmua, sayı.17 (1932)
  • ('Çiftçi-Oğlu H. Nihâl' imzasıyla) 'Dede Korkut Kitabı hakkında', Azerbaycan Yurt Bilgisi, c.1 (1932)
  • 'Kuş bakışı: Orhun', Orhun, sayı.1 (1933)
  • 'Türk Tarihi Üzerinde Toplamalar I. Türkeli, II. İlk Türkler', Orhun, sayı.1 (1933)
  • 'En eski Türk müverrihi: Bilge Tonyukuk', Orhun, sayı.1 (1933)
  • 'Kuş bakışı: Türk Dili', Orhun, sayı.2 (1933)
  • 'Türk tarihi Üzerine Toplamalar III. Yabancıların Türkeline saldırışı, IV.Milâttan önceki 5-4üncü asırlarda Türkelinde doğudan Çinlilerin, Batıdan Yunanlıların saldırışı', Orhun, sayı.2 (1933)
  • 'X meselesi', Orhun, sayı.3 (1934)
  • 'Haddini bil!', Orhun, sayı.3 (1934)
  • 'Türk Tarihi Üzerinde Toplamalar: V. Milâttan önce 3-2nci asırlarda Türkler arasında dahilî savaşlar', Orhun, sayı.4 (1934)
  • 'Edirne Mebusu Şeref Bey'e cevap', Orhun, sayı.4 (1934)
  • 'Ahmet Muhip Bey'e cevap', Orhun, sayı.4 (1934)
  • 'Şarkî Türkistan', Orhun, sayı.4 (1934)
  • 'Türk Tarihi Üzerinde Toplamalar: VI. Kun devletinin dahilî teşkilâtı, VII. Kun (Oğuz) sülâlesi devrinde Türk birliği', Orhun, sayı.4 (1934)
  • 'Komünist, Yahudi ve Dalkavuk', Orhun, sayı.5 (1934)
  • 'İkinci Türk Müverrihi: Yulıg Tigin', Orhun, sayı.5 (1934)
  • 'Alaylı Âlimler', Orhun, sayı.5 (1934)
  • 'Edirne Mebusu Şeref ve Hakimiyeti Milliye muharriri A. Muhip Beylere Açık mektup', Orhun, sayı.5 (1934)
  • 'Alaylı âlimlerden Sadri Maksudi Beye bir ders', Orhun sayı.6 (1934)
  • 'Cihan Tarihinin en büyük kahramanı: Kür Şad', Orhun, sayı.6 (1934)
  • 'Türk Tarihi Üzerinde Toplamalar' Orhun, sayı.6 (1934)
  • 'Edirne Mebusu Şeref Beye İkinci Mektup', Orhun, sayı.6 (1934)
  • 'Gaza topraklarının gazi ve şehit çocukları', Orhun, sayı.7 (1934)
  • 'Türk Tarihi Üzerinde Toplamalar', Orhun, sayı.7 (1934)
  • 'Edebiyat Fakültesi Talebe Cemiyetinin değerli bir işi', sayı.7 (1934)
  • 'Baş makarnacının sırtı kaşınıyor' (Benito Mussolini'ye hitaben yazılmıştı), Orhun, sayı.7 (1934)
  • 'İnkilâp Enstitüsü Dersleri', Orhun, sayı.7 (1934)
  • 'Musa'nın Necip (!) evlâtları bilsinler ki:' (Yahudilere kasten yazılmıştı), Orhun, sayı.7 (1934)
  • 'Tavzih', Orhun, sayı.7 (1934)
  • Yirminci asırda Türk meselesi I. Türk Birliği', Orhun, sayı.8 (1934)
  • 'Türk Tarihi Üzerinde Toplamalar', Orhun, sayı.8 (1934)
  • 'Kanun Ahmet Muhip Efendiyi çarptı', Orhun, sayı.8 (1934)
  • 'Moyunçur kağan âbidesi, Orhun, sayı.8 (1934)
  • 'İstanbulun Fethi yılına ait bir mezar taşı', Orhun, sayı.8 (1934)
  • 'Yirminci asırda Türk meselesi II. Türk Irkı = Türk milleti', Orhun, sayı.9 (1934)
  • 'Türk Tarihi Üzerine Toplamalar', Orhun, sayı.9 (1934)
  • '16ncı asır şâirlarinden Edirneli Nazmî ve bu eserin Türk dili ve kültürü bakımından ehemmiyeti', Orhun, sayı.9 (1934)
  • (Nâmık Kemâl hakkındaki fikirleri), 'Namik Kemal', Millî Türk Talebe Birliği, sayı.3 (1936)
  • On beşinci asıra ait bir türkü, Halk Bilgisi Haberleri, yıl.7, sayı.84 (1938)
  • 'Dede Korkut', Yücel, c.VIII, sayı.84 (1939)
  • 'Cihan tarihinin en büyük kahramanı: Kürşad', Kopuz, sayı.3 (1939)
  • ('Çiftçi-oğlu' imzasıyla) 'Atalarımızdan kalan eserleri yıkmak vatana ihanettir', Kopuz, sayı.5 (1939)
  • 'Türk tarihine bakışımız nasıl olmalıdır?', Çınaraltı, sayı.1 (1941)
  • 'Koca Ragıp Paşa, Haşmet ve Fıtnat hanım arasında şakalar', Çınaraltı, sayı.3 (1941)
  • 'Dilimizi Türkçeleştirmek için amelî yollar', Çınaraltı, sayı.5 (1941)
  • 'Türk ahlâkı', Çınaraltı, sayı.7 (1941)
  • '10 İlkteşrin 1444 Varna meydan savaşı', Çınaraltı, sayı.15 (1941)
  • 'Büyük günler', Çınaraltı, sayı.16 (1941)
  • 'İki mühim eser', Çınaraltı, sayı.17 (1941)
  • 'En eski zamana ait Türk destanı. Alp Er Tunga Destanı', Çınaraltı, sayı.19 (1941)
  • 'Namık Kemal', Çınaraltı, sayı.22 (1942)
  • 'Mühim bir dergi', Çınaraltı, sayı.27 (1942)
  • 'Millî şuur uyanıklığı', Çınaraltı, sayı.33 (1942)
  • 'Türk gençliği nasıl yetişmeli?', Çınaraltı, sayı.35 (1942)
  • 'İran Türkleri', Çınaraltı, sayı.36 (1942)
  • 'Dil meselesi', Çınaraltı, sayı.38 (1942)
  • 'Rıza Nur', Çınaraltı, sayı.42 (1942)
  • 'Yeni bir Selçukname', Çınaraltı, sayı.52 (1942)
  • 'Günümüzün baş müverrihi ve büyük bir eseri', Çınaraltı, sayı.58 (1942)
  • 'Osmanlı Padişahları', Tanrıdağ, c.1, sayı.10 (1942)
  • 'Osmanlı Padişahları II', Tanrıdağ, c.1, sayı.11 (1942)
  • 'Yeni eserler: "Adana fethinin destanı"', Çınaraltı, sayı.82 (1942)
  • 'Türk milletinin şeref şehrahı', Kopuz, sayı.1 (1942)
  • 'Fatih Sultan Mehmet', Çınaraltı, sayı.88 (1942)
  • 'Azizim Tevetoğlu', Kopuz, sayı.7 (1942)
  • 'Türk Sazı', Türk Sazı, sayı.1 (1942)
  • 'Türkiyenin Millî Futbol Maçları', Türk Sazı, sayı.1 (1942)
  • 'Türkçülük', Orhun, sayı.10 (1942)
  • 'Türkçülere birinci teklif', Orhun, sayı.10 (1942)
  • 'İki büyük yıl dönümü', Orhun, sayı.10 (1942)
  • (İmzasız) 'Türk gençlerine düşündürücü levhalar: 1', Orhun, sayı.10 (1942)
  • ('T. Bayındırlı' imzasıyla) 'Türkiye'nin Millî Futbol Maçları', Orhun, sayı.10 (1942)
  • 'Büyük bir yıl dönümü', Orhun, sayı.10 (1942)
  • 'Türkçülere ikinci teklif', Orhun, sayı.11 (1942)
  • 'Türk gençlerine düşündürücü levhalar: 2. 1915
  • 'Türkiyenin Millî Atletizm Maçları', Orhun, sayı.11 (1942)
  • 'Savaş aleyhtarlığı', Orhun, sayı.12 (1942)
  • 'İki şanlı yıl dönümü', Orhun, sayı.12 (1942)
  • 'Türkçülere üçüncü teklif', Orhun
  • (İmzasız) 'Türk gençlerine düşündürücü levhalar: 3', Orhun, sayı.12 (1942)
  • 'Türkiyenin Millî Kılıç Maçları', Orhun, sayı.12 (1942)
  • 'Şanlı bir yıl dönümü', Orhun, sayı.13 (1944)
  • 'Türkiyenin Balkanlararası Millî Güreş Maçları', Orhun, sayı.13 (1944)
  • 'Türk kızları nasıl yetiştirilmeli', Orhun, sayı.13 (1944)
  • 'Türk gençlerine düşündürücü levhalar: 4', Orhun, sayı.13 (1944)
  • 'Türkçülere dördüncü teklif', Orhun, sayı.13 (1944)
  • 'Türkçülere beçinci teklif', Orhun, sayı.14 (1944)
  • 'Yabancı bayraklar altında ölenlere ağıt' (Stalingrad (1944)
  • 'Ülküler taarruzîdir', Orhun, sayı.14 (1944)
  • 'Varsağı', Orhun, sayı.14 (1944)
  • 'Başvekil Saracoğlu Şükrü're Açık Mektup (20 Şıbat 1944 Pazar), (1944)

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2015-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  3. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  4. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-28.
  5. 1 2 "Arxivlənmiş surət". 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  6. Sinoplu ünlüler[ölü keçid] sinop.gov.tr
  7. Nihal Atsız, İçimizdeki Şeytanlar Arxivləşdirilib 2009-03-28 at the Wayback Machine Evet, övünerek söylüyorum ve tekrar ediyorum: Türkçü ve Turancı olduğum için
  8. Cenk Saraçoğlu, Nihal Atsız's World-View and Its Influences on the Shared Symbols, Rituals, Myths and Practices of the Ülkücü Movement Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine
  9. "Yobazlık Bir Fikir Müstehasesidir (Hüseyin Nihal Atsiz)". bilgicik.com (Turkish). 2007-10-22. 2007-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  10. "Arxivlənmiş surət". 2017-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  11. Kağan Bahadır Küçükalcan - Atsız Bey'in İlk Eşi Mehpare Hanım Kimdir? http://www.yazarport.com/Yazi/Oku/25206/Atsiz-Beyin-Ilk-Esi-Mehpare-Hanim-Kimdir Arxivləşdirilib 2015-09-29 at the Wayback Machine
  12. 3 mayis 144 turkculuk davasi.gif
  13. "Atsız Beğ’de Irkçılık ve Turancılık". 23 Nisan 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Mayıs 2016.
  14. 1 2 3 ^ "Dava hakkında". 28 Ağustos 2011 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 14 Nisan 2016.
  15. "Beraat Kararı". 28 Mayıs 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 14 Nisan 2016.
  16. ATSIZ, Türk Tarihinde Meseleler, Nisan 2014, Ötüken Yayınları, 9. Basım
  17. "Ölümü". 4 Mayıs 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 14 Nisan 2016.
  18. "Arxivlənmiş surət". 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  19. Kağan Bahadır Küçükalcan - Atsız'ın Basılmamış Eserleri Hakkında http://www.yazarport.com/Yazi/Oku/24363/Atsizin-Basilmamis-Eserleri-Hakkinda Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə