I Mirzə Məhəmməd xan
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu (1727, Bakı – 17 oktyabr 1768, Bakı) — 1747–1768-ci illərdə Bakı xanı.
I Mirzə Məhəmməd xan | |
---|---|
1727 – 1768 | |
Sonrakı | Fətəli xan Qubalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1727 |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 1768 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi |
Atası | Dərgahqulu xan |
Həyat yoldaşı | Hüseyn xan Rudbarlının qızı |
Uşaqları | Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan, Məhəmmədqulu xan |
Ailəsi | Bakıxanovlar |
Dini | İslam, şiə |
Həyatı
redaktəİ. Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan yaxınlığında osmanlılarla döyüşdə öldürüldüyünü göstərir, lakin tarix birinci versiyanı təsdiq edir. Bu hadisə Bakıda xanlığın yaranmasından 9 il əvvəl olmuşdur. Bu zaman Dərgahqulu xanın yeganə oğlu Mirzə Məhəmmədin 11 yaşı var idi. Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin etdi.
1747-ci ildə Nadir şahın ölümündən sonra onun yaxın əmirlərindən sayılan 20 yaşlı Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu Bakını öz öhdəsinə keçirdi və 39 para kənddən ibarət bir xanlığ yaratdı. Nadir şahın təyin etdiyi Bakı hakimini qovdu və Səlim xanı şəhərə sultan təyin etdi. Bir qədər sonra Həcc ziyarətini də yerinə yetirərək Hacı titulunu qazandı.
1747-ci ildən başlayaraq I Hacı Mirzə Məhəmməd xan Əfşar şahları dövründə tənəzzülə uğramış Bakı iqtisadiyyatını dirçəltdi, ticarəti xeyli inkişaf etdirə bildi.
20 yaşında xanlığa keçən və 20 il xanlıq edən Hacı Mirzə Məhəmməd xan 1768-ci ildə vəfat etdi, cənazəsi Kərbəla şəhərinə aparılaraq orada dəfn edildi. Bundan sonra xanlıq ikinci oğlu Hacı Məlik Məhəmməd xana keçdi.
Ailəsi
redaktəHacı Mirzə Məhəmməd xanın Hacı Əliqulu ağa, Hacı Məlik Məhəmməd xan və Məhəmmədqulu xan adlı 3 oğlu və 1 qızı var idi. Hacı Əliqulu ağanın Hüseynqulu xan və Mehdiqulu ağa adlı iki oğlu olub.