iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Hacı_İsmayılov
Hacı İsmayılov — Vikipediya

Hacı İsmayılov

Azərbaycan Respublikasının xalq artisti

Hacı İsmayılov (tam adı: İsmayılov Hacı Məcid oğlu; 22 yanvar 1944, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[2] Azərbaycanın xalq artisti (2000),[3] Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini(2014)[4] və İttifaqın sədr vəzifələrini müvəqqəti icra edən(2023), Teatr Xadimləri İttifaqının sədri.[5]

Hacı İsmayılov
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri
Vəzifədədir
22 iyul 2024-cü ildən
ƏvvəlkiAzər Paşa Nemətov
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən
9 aprel 2023 – 22 iyul 2024
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin yaradıcılıq üzrə sədr müavini
2014 – 22 iyul 2024
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1944(1944-01-22) (80 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti aktyor

Təltifləri "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989 Azərbaycan SSR Dövlət mükafatı — 1980 "Sənətkar" medalı
"Şöhrət" ordeni — 2019"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.

"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.[6]

17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[7]

Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.[8]

Ailəlidir, iki övladı və üç nəvəsi var.[9]

Teatr səhnəsindəki rolları

redaktə
  • İkinci Qulam və İbn Tahir ("Xəyyam", Hüseyn Cavid)
  • Dördüncü qaçaq ("Mahnı dağlarda qaldı" İlyas Əfəndiyev)
  • Muradalı ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev)
  • Fariz ("Büllur sarayda" İlyas Əfəndiyev)
  • Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev)
  • Kişi ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)
  • Səmərqəndli ("Məhəbbət əfsanəsi", Nazim Hikmət)
  • Lakey və Novruz bəy ("Aydın", Cəfər Cabbarlı)
  • Məmmədəli bəy ("Sevil", Cəfər Cabbarlı)
  • Sönməz ("Od gəlini", Cəfər Cabbarlı)
  • Fransisko ("Fırtına", Uilyam Şekspir)
  • Həkim ("Maqbet", Uilyam Şekspir)
  • Qraf Kent ("Kral Lir", Uilyam Şekspir)
  • Yaralı zabit ("İblis", Hüseyn Cavid)
  • Mehdiqulu ("Ah, Paris… Paris!..", Elçin)
  • Məsul katib ("Mənim sevimli dəlim", Elçin)
  • Qonşu ("Mənim ərim dəlidir", Elçin)
  • Yan Çinq ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə)
  • İbn Zeyd ("Dar ağacı", Bəxtiyar Vahabzadə)
  • Şükür bəy ("İkinci səs", Bəxtiyar Vahabzadə)
  • Qoşqar Kəngərli ("Bu dünyanın adamları", Hidayət Orucov)
  • Mirzə Ələkbər Sabir ("Hərənin öz payı", Xeyrəddin Qoca)
  • Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Məşədi İslam ("Dirilən adam", Mir Cəlal)
  • Məhkəmə sədri ("Uçqun", Tuncer Cücenoğlu)
  • Timote ("Xanuma", Avksentiya Saqarelli)
  • Pera ("Nazirin xanımı", Branislav Nuşiç)
  • Tahir ("Mənim günahım", İlyas Əfəndiyev)
  • Vağzal məmuru ("21:15 qatarı", Toyqun Orbay)
  • Mirzə Hüseyn müəllim ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Aftil ("Almaz", Cəfər Cabbarlı)

Filmoqrafiya

redaktə

İstinadlar

redaktə
  1. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
  2. "ИСМАИЛОВ Гаджи" (rus). Энциклопедия кино. 2010. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.
  3. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  4. "Hacı İsmayılov: "Qaçaq qocalar" oyun tərzi deyil, yaşam tərzidir". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.
  5. "Hacı İsmayılova vəzifə verildi". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
  6. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  7. President.Az. "H.M.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.01.2019. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  8. Aliyə. ""O binanın böyük bir hissəsi restorana çevrilib" – Sənət adamları teatrdan danışır..." (az.). Kulis.az. 03.05.2018. 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  9. ""Nəvələrimin üzünə həsrət qalmışam" - Xalq artisti". Milli.Az (az.). 1 dekabr 2016. 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2016.

Xarici keçidlər

redaktə