Enliyarpaq fillireya
Enliyarpaq fillireya (lat. Phillyrea latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fillireya cinsinə aid bitki növü.
Enliyarpaq fillireya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Enliyarpaq fillireya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəVətəni Aralıq dənizi sahilləri, Ön Asiya, Qərbi və Cənubi Zaqafqaziyadır.
Botaniki təsviri
redaktəHündürlüyü 9 m-ə qədər olan, sıx, yumru çətirli, həmişəyaşıl kol və ya kiçik ağacdır. Yarpaqlarının uzunluğu 6 sm, enli-yumurtavari və ya oval formalı, tünd yaşıl rənglidir. Çiçəkləri ətirli, yaşımtıl-ağ rəngli, diametri 1 sm olan qalxanlara yığılmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri oktyabr ayında yetişir, dairəvi, mavi-qara rəngli və çəyirdəklidir. Qələmlə çoxaldılır.
Ekologiyası
redaktəDrenajlı torpaqlarda, günəşli və küləkdən qorunan yerlərdə yaxşı bitir. Parlaq yarpaqlarına görə çox dekorativdir, asanlıqla budanır.
Azərbaycanda yayılması
redaktəBakı, Gəncə və s. rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi
redaktəAbşeronun yaşıllaşdırılmasında, qrup əkinlərində və ensiz alleyaların salınmasında istifadə edilir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 8.