Azçiçəkli yovşan
Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azçiçəkli yovşan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Azçiçəkli yovşan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Arealı
redaktəQazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir.
Botaniki təsviri
redaktəHündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır. Səbətləri xırda (diametri 2,5 mm-dək), 1-4 çiçəkli, təxminən oturaq, çiçək qrupunun oxuna bitişik budaqlarda yerləşir. Tacı sarı və ya qırmızıdır. Avqustda çiçəkləyir, oktyabrda toxum verir.
Ekologiyası
redaktəŞoran çöllərdə, şoran çəmənlərdə bitir. Əsasən otlaqlarda üstünlük təşkil edir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-də rast gəlinir.
İstifadəsi
redaktəYem, yağ və dərman bitkisidir.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.