iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: http://az.m.wikipedia.org/wiki/Əli_Zeynalov
Əli Zeynalov — Vikipediya

Əli Zeynalov

Azərbaycanın teatr və kino aktyoru

Əli Yusif oğlu Zeynalov (23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912, Salyan, Cavad qəzası4 yanvar 1988, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan SSR əməkdar artisti (1955), Ermənistan SSR əməkdar artisti (1939), M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı (1965).

Əli Zeynalov
Əli Yusif oğlu Zeynalov
Doğum tarixi 23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912(1912-04-04)
Doğum yeri
Vəfat tarixi 4 yanvar 1988(1988-01-04)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1933–1975
Teatr İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1934–1945);
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1945–1975)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955 "Ermənistan SSR əməkdar artisti" fəxri adı — 1939 Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 1965
IMDb ID2948065

Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]

Həyatı

redaktə

Əli Yusif oğlu Zeynalov 5 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887–1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.

Yaradıcılığı

redaktə
 
Əli Zeynalov (ayaq üstə sağdan 1-ci) C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il

İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.

Əli Zeynalov "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."

Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. Yasamal qəbristanlığında dəfn edilib.

Ailəsi

redaktə

Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır.

Mükafatları

redaktə

Filmoqrafiya

redaktə

Xatirəsi

redaktə

Azərbaycan televiziyasında istehsal edilmiş Alqışlar ən böyük mükafatımdır adlı qısametrajlı, sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

redaktə
  1. "Əli Zeynalov". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.
  2. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
  3. Ə. Y. Zeynalov yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1973-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az
  4. Respublika incəsənət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.

Xarici keçidlər

redaktə