İsmayıl Osmanlı
İsmayıl Osman oğlu Osmanlı (11 (24) aprel 1902, Nuxa – 22 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949), SSRİ xalq artisti (1974).
İsmayıl Osmanlı | |
---|---|
İsmayıl Osman oğlu Osmanlı | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | II Fəxri Xiyaban |
Fəaliyyəti | aktyor |
Mükafatları |
|
IMDb | ID2363740 |
Həyatı
redaktəİsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski).
İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Adlar və mükafatlar
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyul 1949
- "SSRİ xalq artisti" fəxri adı — 1 avqust 1974[1]
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Şərəf nişanı" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
Filmoqrafiya
redaktə- Bakıda küləklər əsir (film, 1974)
- Bayquş gələndə... (film, 1978)
- Bəxtiyar (film, 1955)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Dəli Kür (film, 1969)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Əsl dost (film, 1959)
- Əzim Əzimzadə (film, 1967)
- İcazə (film, 1972)
- İntizar (film, 1969)
- İsmayıl Osmanlı (film, 1974)
- İyirmialtılar (film, 1966)
- Kəndlilər (film, 1939)
- Mən ki gözəl deyildim (film, 1968)
- Nəsimi (film, 1973)
- O olmasın, bu olsun (film, 1956)
- Poçt qutusu (film, 1967)
- Sehrli xalat (film, 1964)
- Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)
- Səmt küləyi (film, 1973)
- Su ərizəsi (film, 1964)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Ulduzlar sönmür (film, 1971)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
redaktəMənbə
redaktə- Pirimova, N. Hamam hamam içində: [Xalq artisti İsmayıl Osmanlı haqqında] //Kaspi .- 2014.- 25 aprel.- S. 10.
Xarici keçidlər
redaktə- İzlə
- [1] Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- [2]